Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

İlham Əliyev Binəli Yıldırımı təbrik etdi

9
Telefon söhbəti zamanı ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub

BAKI, 24 may — Sputnik. Bu gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Türkiyə Respublikasının baş naziri Binəli Yıldırıma telefonla zəng edib. Prezidentin Mətbuat Xidmətindən Sputnik-ə verilən məlumata görə, dövlət başçısı Binəli Yıldırımı hakim Ədalət və İnkişaf Partiyasının sədri vəzifəsinə seçilməsi və Baş nazir təyin olunması münasibətilə təbrik edib, ona dövlətçilik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib. Telefon söhbəti zamanı ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.

9
Teqlər:
Azərbaycan, Türkiyə, təbrik, Binəli Yıldırım, İlham Əliyev
Əlaqədar
Prezident İlham Əliyev Türkiyədə işgüzar səfərdədir
İlham Əliyev ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşüb
Prezident İlham Əliyev Avropa İttifaqının ali nümayəndəsi ilə görüşüb
İlham Əliyev Qələbə Günü münasibətilə keçirilən mərasimdə iştirak edib
İlham Əliyevdən konkret bəyanat: Azərbaycan bu vəziyyətlə heç vaxt barışmayacaq
İlham Əliyev: Biz Sovet dövrünün səviyyəsinə qalxmalıyıq, qalxacağıq