Здание МИД Азербайджанской Республики

"Ermənistan Vyana görüşünün mahiyyətini başa düşməyib"

43
Azərbaycan XİN Ermənistanı destruktiv siyasət yürütməkdə günahlandırdı.

BAKI, 23 may-Sputnik. "Mayın 16-da Azərbaycan və Ermənistan prezidentləri və ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin xarici işlər nazirlərinin Vyana görüşündən sonra Ermənistan rəhbərliyi və xarici işlər naziri elementar diplomatik etikaya sığmayan şəkildə görüşün mahiyyətini təhrif etməyə yönəlmiş söz yarışındadır".

Sputnik-in məlumatına görə, bu sözləri XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər naziri E.Nalbəndyanın "Azadlıq" radiosuna müsahibəsini şərh edərkən deyib.

Onun sözlərinə görə, münaqişənin həlli üzrə ciddi və konstruktiv danışıqlara başlamağa zəmin yaratmaq üçün Azərbaycan Vyana görüşündə atəşkəs rejiminə dair müsbət mövqeyini bildirib: "Bütün beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən qəbul olunur ki, münaqişənin həlli üzrə hərtərəfli prosesin tərkib hissəsi kimi qəbuledilməz və qeyri-davamlı olan status-kvo dəyişdirilməli, Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır.

Zahirən belə təəssürat yaranır ki, Ermənistan xarici işlər naziri ya Vyana görüşünün mahiyyətini başa düşməyib, ya da qəsdən özünü bilməmizliyə vurur. Təsadüfi deyildir ki, Vyana görüşündən sonra əsasən daxili tələbata yönəlmiş cəfəng açıqlamalar yarışında olan Ermənistan xarici işlər naziri Vyana görüşünün əsas qayəsi olan hərtərəfli sülh prosesinin başlanmasına bir dəfə belə toxunmayıb. Rəsmi Yerevan yenə də hər vəchlə iyun ayında münaqişənin həlli üzrə hərtərəfli siyasi prosesə başlamağa mane olmağa yönəlmiş destruktiv siyasət yürütməklə məşğuldur. Xalqı sülhə hazırlamaq əvəzinə Ermənistan rəhbərliyi nifrət və şovinizm ritorikasını daha da gücləndirir".

Hikmət Hacıyev qeyd edib ki, Vyana görüşündən sonra Rusiya xarici işlər naziri Serqey Lavrovun açıqlamasına münasibət bildirən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov vurğulamışdı: "Vyanada Keçirilmiş danışıqlar münaqişənin həllinə dair bəlli olan mərhələli yanaşma əsasında substantiv danışıqlara başlamaq üçün yaxşı imkanlar yaradır. Bu danışıqlar mümkün olan ən tez bir zamanda başlamalı və regionun əhalisi və beynəlxalq ictimaiyyətin çoxdan gözlədiyi əsaslı nəticələr hasil edilməlidir".

43
Teqlər:
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev, ATƏT-in Minsk qrupu, Vyana, XİN, Ermənistan-Azərbaycan, Ermənistan
Əlaqədar
Vyana görüşünün yeganə mesajı
ATƏT-in Minsk Qrupu Vyana danışıqlarının yekunlarına dair bəyanat yayıb
Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilir
Ermənistan və Azərbaycan prezidentləri Vyanada görüşəcək
Vyana görüşü nəticəsiz qalarsa - gözləntilər qorxuludur

Cəbhəyanı ərazilərdə onlarla tank piyada əleyhinə mina, bombacıqlar aşkarlandı

16
Mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

BAKI, 26 noyabr - Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Goranboy, Göygöl, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 38 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 7 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 45 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 71 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina, 42 ədəd piyada əleyhinə mina, 4 ədəd bombacıq və 40 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 26 ədəd mina və partlamamış hərbi sursat (PHS), 4 ədəd bombacıq zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

16
Məktəbdə dərs prosesi, arxiv şəkli

Ümumi təhsil pilləsi nələri əhatə edəcək?

8
(Yenilənib 23:41 25.11.2020)
Ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək.

BAKI, 25 noyabr — Sputnik. Azərbaycan Respublikasında ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən "Təhsil haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.

Qanuna əsasən, Ümumtəhsil məktəbi ibtidai, ümumi orta və tam orta məktəb formasında ayrı-ayrılıqda da təşkil oluna bilər.

Həmçinin, qanunda göstərilib ki, İbtidai təhsilin məqsədi təhsilalanlara oxu, yazı və hesablama bacarıqları, vətənpərvərlik və Azərbaycan xalqının dəyərlərinə, dövlət rəmzlərinə hörmət hissi aşılamaq, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin biliklər, şəxsiyyətin formalaşdırılmasına yönəlmiş həyati bacarıqlar, sadə əmək vərdişləri, məntiqi təfəkkür elementləri, bədii-estetik keyfiyyətlər və digər xüsusiyyətlər formalaşdırmaqdan ibarətdir.

Eyni zamanda ümumi orta təhsilin məqsədi təhsilalanlarda nitq, yazı və ünsiyyət mədəniyyətinin, sağlam həyat tərzinin formalaşdırılmasını, onların dövlətə və dövlətçiliyə, Azərbaycan xalqının dəyərlərinə və ümumbəşəri dəyərlərə sədaqət ruhunda tərbiyə olunmasını, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmasını, idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını, müvafiq təhsil proqramı üzrə əldə etdiyi bilikləri tətbiq etmək, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək, cəmiyyətdə baş verən hadisələri dəyərləndirmək, öz gələcək həyat yolunu və fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, müstəqil öyrənmə və qərar qəbuletmə bacarığını, peşə seçiminə və əmək fəaliyyətinə hazırlığını təmin etməkdən ibarətdir.

8