CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir sıra rayonlarda yağış yağacaq, şimşək çaxacaq

© Photo : Facebook/ Cavi DanGüclü yağışdan sonra
Güclü yağışdan sonra - Sputnik Azərbaycan
Abunə olmaq
Axşam buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

BAKI, 23 may — Sputnik. Mayın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, sabah paytaxt və yarımadada səhər zəif duman olacaq.

Bakıda dəyişkən buludu hava - Sputnik Azərbaycan
HADİSƏ
Sabah hava buludlu olacaq

Axşam buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 14-17, gündüz 24-28, Bakıda gecə 14-16, gündüz 25-27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında mayın 24-də hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacagı gözlənilir. Ayrı-ayrı yerlədə intensiv olacağı ehtimalı var. Gündüz ayrı-ayrı yerlədə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-18, gündüz 26-31, dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə isti olacaq.

Xəbər lenti
0