İstanbulda Türkiyənin ev sahibliyi, Birləşmiş Millətlər Təşkilatının təşkilatçılığı ilə Dünya Humanitar Zirvəsi başlayıb

İstanbulda Dünya Humanitar Zirvəsi başlayıb

12
(Yenilənib 10:58 23.05.2016)
Qlobal humanitar yardım sisteminin müzakirə ediləcəyi zirvəyə 60-a yaxın dövlət və hökumət başçısı qatılıb. Zirvədə Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak edir.

BAKI, 23 may — Sputnik. İstanbulda Türkiyənin ev sahibliyi, Birləşmiş Millətlər Təşkilatının təşkilatçılığı ilə Dünya Humanitar Zirvəsi (Sammiti) başlayıb. Sputnik Anadolu agentliyinə istinadla xəbər verir ki, qlobal humanitar yardım sisteminin müzakirə ediləcəyi zirvəyə 60-a yaxın dövlət və hökumət başçısı qatılıb.

Zirvə çərçivəsində ölkə liderlərinin ilk görüşü qapalı keçirilib. Humanitar Zirvə iki gün davam edəcək. Zirvədə Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak edir.

12
Teqlər:
Dünya Humanitar Zirvəsi, Birləşmiş Millətlər Təşkilatı, İstanbul, Türkiyə
Əlaqədar
Putin Vaşinqton sammitini niyə boykot etdi?
Azərbaycan prezidenti G 20 ölkələri liderlərinin sammitində
Türkmənistan prezidenti MDB sammitini baykot edib
OPEK neftin qiymətinin sabitləşdirilməsi üçün sammit keçirə bilər