Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Prezident iki icra başçısını vəzifədən azad etdi

1256
Qazax RİH başçısı vəzifəsindən azad edilərək Yardımlı RİH başçısı təyin edilib. Rəcəb Babaşov isə Qazax Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

BAKI, 19 may — Sputnik. Ayaz Əsgərov Qazax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Sputnik president.az saytına istinadla xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Ayaz Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Prezident İlham Əliyevin digər Sərəncamı ilə Rəcəb Abas oğlu Babaşov Qazax Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

1256
Teqlər:
sərəncam, Prezident, icra başçısı, Rəcəb Babaşov, Ayaz Əsgərov
Əlaqədar
"Uşaq baxçaları icra hakimiyyətlərinin "yem yeri" olmaqdan qurtulmalıdır"
İcra hakimiyyətinin keçmiş işçisini güllələdilər
İcra hakimiyyətlərində dövlət hesabına saxlanılan saxta postlar aşkarlanıb
İcra başçılarının “təhsil” kisəsi bağlanır
İcra başçısı məhkəmə zalında həbs edildi
Siyəzən rayonuna yeni icra başçısı təyin edilib
Aleksandr Lukaşenko, arxiv şəkli

Lukaşenko qonaqlıqda Poznerin dediyi sağlığa necə reaksiya verib

0
Vladimir Pozner: "Anam mənə öyrədib ki, kiminləsə çörək kəsəndə ya bu adam haqqında yaxşı danışmalısan, ya da heç nə deməməlisən. Ona görə də, Aleksandr Qriqoryeviç, mən sizə heç nə demirəm"

BAKI, 13 avqust — Sputnik. Məşhur rusiyalı televiziya aparıcısı Vladimir Pozner 25 il əvvəl Aleksandr Lukaşenkoya dediyi birmənalı ifadə və Belarus prezidentinin buna reaksiyasından danışıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, aparı müvafiq qeydləri "Pozner Online" saytındakı köşə yazısında edib.

Poznerin sözlərinə görə, hadisə Belarus liderinin 20 rusiyalı jurnalistin iştirakı ilə görüşündə baş verib. Görüş Boris Berezovski tərəfindən təşkil olunub.

Belə ki, şam yeməyi zamanı qonaqlara "səmimi qəbula görə" minnətdarlıq əlaməti olaraq sağlıq demək təklif olunub. "Yaxşı xatırlayıram, növbə mənə çatanda dedim: "Anam mənə öyrədib ki, kiminləsə çörək kəsəndə ya bu adam haqqında yaxşı danışmalısan, ya da heç nə deməməlisən. Ona görə də, Aleksandr Qriqoryeviç, mən sizə heç nə demirəm". Dedim və oturdum", - deyə Pozner bildirib.

Teleaparıcı əlavə edib ki, Lukaşenko onun dediklərinə cavab olaraq, "yalnız ifadəli baxıb". Berezovski isə qəzəblənərək onun sözlərini düzəltməyə çalışıb.

0
Hindistanda epidemioloji vəziyyət

Hindistan koronavirus əleyhinə dərmanın satışına başladı - 64 manata

3
Patentsiz dərman satışının başlaması, Hindistanın bir sıra əyalətlərində səlahiyyətli orqanların koronavirus xəstələri üçün dərmanların olmaması və tədarükündə fasilələr olması ilə əlaqədardır.

BAKI, 13 avqust — Sputnik. Hindistanın dərman şirkəti Zydus Cadila COVID-19 müalicəsi üçün olan virus əleyhinə Remdac preparatının satəşəna başlayıb.

Remdac preparatının satışı hazırda ancaq Hindistanda həyata keçirilir. O tərkibində virusa qarşı olan patentləşdirilməmiş ən ucuz remdesivir əsası daşıyır.

Hazırda 100 mq olan dərmanın qiyməti 2800 rupiyə - 63,75 qəpiyə satılır.

Patentsiz dərman satışının başlaması, Hindistanın bir sıra əyalətlərində səlahiyyətli orqanların koronavirus xəstələri üçün dərmanların olmaması və tədarükündə fasilələr olması ilə əlaqədardır.

3