Sona Əliyeva

Deputat komitə üzvlüyündən azad edilib

71
(Yenilənib 13:00 17.05.2016)
Sona Əliyevanın Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvlüyündən azad edilib, insan hüquqları komitəsinin üzvü seçilməsinə qərar verilib

BAKI, 17 may — Sputnik. Parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin komitələrinin tərkibində dəyişikliklər edilməsi haqqında qərara baxılıb. Milli Məclis qərara alıb ki, Sona Sakit qızı Əliyeva Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvlüyündən azad edilib, insan hüquqları komitəsinin üzvü seçilsin. Qərar səsə qoyularaq təsdiqlənib.

71
Teqlər:
Sona Əliyeva, deputat, millət vəkili, parlament
Əlaqədar
Milli Məclisin deputatı Sputnik.Qiraət-də şeir oxudu
Deputat uşaqları internetdən uzaq tutmağı təklif edir
Azərbaycanlı deputatlar beynəlxalq tədbirlərə qatılacaqlar
Deputat şəhidin yas mərasimində iştirak edib
Флаг Международного комитета Красного Креста, фото из архива

Qırmızı Xaç Qızıl Ayparanın könüllüsü Bərdədəki erməni terroru zamanı həlak olub

6
Ermənistan silahlı birləşmələrinin Bərdəyə raket hücumu zamanı Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətinin könüllüsü də həlak olub

BAKI, 28 oktyabr — Sputnik. Ermənistan silahlı qüvvələrinin Bərdəyə raket hücumu nəticəsində həlak olanlar arasında Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətinin könüllüsü var. 

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətinin Avropa bürosunun rəsmi "Twitter" səhifəsində məlumat verilib. 

"Bu gün günortadan sonra Azərbaycanın Bərdə şəhərində mülki şəxslərə humanitar yardım çatdırarkən könüllülərimizdən birinin həlak olması xəbəri bizi dərindən kədərləndirdi.  

39 yaşlı ata Qırmızı Aypara Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyinin təcili mobil qrupunun əməkdaşı idi və raket hücumunda həlak olub. Humanist, xeyriyyəçilər hədəf deyil!", - Qırmızı Xaç və Qırmızı Aypara təşkilatının Avropa bürosu bildirib.

6
Xoruz

Xoruz polis şefini öldürdü

11
(Yenilənib 23:34 28.10.2020)
Filippində polislər xoruz döyüşlərinə qarşı reydlər keçiriblər. Bu zaman döyüş xoruzu yerli polis şefini öldürüb.

BAKI, 28 oktyabr — Sputnik. Filippində olduqca qəribə qətl hadisəsi baş verib. Belə ki, xoruz yerli polis şefini öldürüb. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.

Məlumata əsasən Filippində polislər xoruz döyüşlərinə qarşı reydlər keçiriblər. Belə reydlərdən biri zamanı döyüş xoruzu yerli polis şefini öldürüb. Belə ki, xoruzun caynağına ülgüc bağlanıbmış.

11
Teqlər:
Filippin