General-polkovnik Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz. Arxiv şəkli

Azərbaycan, Gürcüstan Türkiyə müdafiə nazirlərinin görüşü planlaşdırılır

17

BAKI, 13 may — Sputnik. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəsmi dəvəti ilə mayın 14-də Gürcüstanın Müdafiə naziri xanım Tinatin Xidaşeli və Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmazın Azərbaycan Respublikasına rəsmi səfəri planlaşdırılır. Bu barədə Sputnik-ə Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində Qəbələ şəhərində nazirlər arasında təkbətək və üçtərəfli formatda danışıqlar nəzərdə tutulub. Müdafiə nazirlərinin Qəbələ şəhərinə səfəri mayın 15-dək davam edəcək.

17
Teqlər:
Tinatin Xidaşeli, İsmət Yılmaz, Türkiyə, Azərbaycan, Gürcüstan, müdafiə naziri, Zakir Həsənov
Əlaqədar
Müdafiə Nazirliyi erməni ordusunun durumunu əks etdirən fotolar yaydı
Müdafiə naziri cəbhə xəttində olub
Müdafiə Nazirliyindən könüllü hərbi xidmətlə bağlı açıqlama gəldi
Müdafiə naziri ön xətdə olub
Müdafiə Nazirliyi sosial şəbəkə istifadəçilərinə çağırış etdi
Müdafiə nazirliyi: Xankəndi üzərində "vurulan" PUA Azərbaycanın deyil