CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda yenidən yağış gözlənilir

© Sputnik / Farid BabayevBakıda yağış
Bakıda yağış - Sputnik Azərbaycan
Abunə olmaq
Rayonlarda mayın 11-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, axşam intensiv olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 21-26, dağlarda gecə 4-9, gündüz 13-18 dərəcə isti olacaq.

BAKI, 10 may — Sputnik. Bakıda və Abşeron yarımadasında mayın 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, sabah paytaxt və yarımadada cənub küləyi əsəcək.

Bakıda yağış - Sputnik Azərbaycan
HADİSƏ
Abşeron yarımadasında yenidən yağış gözlənilir

Havanın temperaturu Abşeron yarımadasında gecə 10-14, gündüz 18-23, Bakıda gecə 12-14, gündüz 21-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 75-80, gündüz 45-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında mayın 11-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, axşam intensiv olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 21-26, dağlarda gecə 4-9, gündüz 13-18 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə: Mayın 11-13-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əlverişlidir.

Xəbər lenti
0