İldırım

Bəzi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir

40
Sabah Azərbaycan rayonlarında hava şəraiti əsasən yağmursuz, səhər bəzi yerlərdə duman olacaq. Lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var.

BAKI, 9 may — Sputnik. Mayın 10-da  Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, paytaxt və yarımadada şimal küləyi əsəcək, gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 10-14, gündüz 20-25, Bakıda gecə 12-14, gündüz 21-23 dərəcə isti olacaq.

Mayın 10-da Azərbaycan rayonlarında hava şəraiti əsasən yağmursuz, səhər bəzi yerlərdə duman olacaq, lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 23-28, dağlarda gecə 4-9, gündüz 14-19 dərəcə isti olacaq.

40
Teqlər:
günəş, bulud, şimşək, külək, hava, yağış
Əlaqədar
Yağış yağacaq və şimşək çaxacaq
Sabah Azərbaycanda şimşək çaxacaq, leysan yağacaq
Sabah Azərbaycanda şimşək çaxacaq, yağış yağacaq
Sabah hava buludlu olacaq
May ayına gözlənilən hava proqnozu açıqlandı
Hidrometeoroloqlardan havanın kəskin dəyişəcəyi barədə xəbərdarlıq