Külək

Hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq

109
Qərb rayonlarından başlayaraq bəzi yerlərdə mayın 07-dən 09-dək şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Havanın temperaturu tədricən 3-5 dərəcə aşağı enəcək.

BAKI, 6 may — Sputnik. Ölkə ərazisində hava şəraitinin dəyişəcəyinə dair növbəti xəbərdarlıq edilib. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin  məlumatına istinadən xəbər verir ki, qərb rayonlarından başlayaraq bəzi yerlərdə mayın 07-dən 09-dək şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Havanın temperaturu tədricən 3-5 dərəcə aşağı enəcək.

109
Teqlər:
yağış, şimşək, külək, xəbərdarlıq, hava şəraiti
Əlaqədar
Hava tutulacaq
Yağışlı hava şəraiti davam edəcək
Aprelin 26-na olan hava proqnozu açıqlandı
Sabah hava buludlu olacaq
Hidrometeoroloqlardan havanın kəskin dəyişəcəyi barədə xəbərdarlıq
Yağışlı hava şəraiti davam edir
Şokolad

Gündə 25 qramı sizi xoşbəxt edə bilər

1
(Yenilənib 00:04 12.07.2020)
Bir çox elm adamlarının fikrincə, tünd şokolad ürək xəstəlikləri riskini azaldır. Eyni zamanda bu şirniyyat təkcə əhval ruhiyyəni yaxşılaşdırmır, həmdə beynin funksiyasını da gücləndirir.

BAKI, 12 iyul — Sputnik. Moskva sağlamlıq departamentinin dietoloqu Antonina Starodubova gün ərzində 15-25 qram şokolad yeməyi məsləhət görüb. 

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, onun fikrincə, bu miqdarda şirniyyat təhlükəsiz və faydalıdır.

Starodubova qeyd edib ki, 25 qram şokolad bir plitka şokoladın təxminən 4/1-nə bərabərdir. Səhərlər acı və tünd şokolad yemək sağlamlıq üçün faydalıdır.

Onun sözlərinə görə, bu məsləhət sağlam insanlar üçündür. Xroniki xəstəliyi olan şəxslər həkimlə məsləhətləşməlidir.

"Tərkibində yüksək miqdarda kakao paxlası (70 faizdən az olmayan) və nisbətən aşağı şəkər (25 faizdən çox olmayan) şokolad növləri faydalı hesab olunur ki, bu da acı sortlara və bəzi tünd şokolad növlərinə uyğundur. Müxtəlif dolğuları olan şokoladlar isə desert növlərinə aiddir" – deyə dietoloq vurğulayıb.

Desert şokoladın kalori miqdarı əlavələr səbəbindən artır, ancaq qoz-fındıq qarışığı olan tünd şokolad istisnadır. Belə şokoladlar bitki zülalı, lif, vitaminlər, minerallar və doymamış yağ turşuları mənbəyi hesab edilir.

Bir çox elm adamlarının fikrincə, tünd şokolad ürək xəstəlikləri riskini azaldır. Eyni zamanda bu şirniyyat təkcə əhval ruhiyyəni yaxşılaşdırmır, həmdə beynin funksiyasını da gücləndirir. Şokolad yaddaşı yaxşılaşdırır, konsentrasiyanı və mürəkkəb problemləri həll etmək qabiliyyətini artırır.

1
Amitabx Baççan, arxiv şəkli

Azərbaycanlıların da sevimlisi olan hind aktyoru koronavirusa yoluxdu

15
(Yenilənib 00:04 12.07.2020)
"Mənim COVID-19-la bağlı testimin nəticəsi müsbət oldu. Məni xəstəxanaya apardılar, ailəm və işçilərim yoxlamadan keçdi, nəticələri gözləyirlər", - deyə aktyor yazıb.

BAKI, 12 iyul – Sputnik. Əfsanəvi hind aktyoru və Bollivud ulduzu Amitabx Baççan koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə aktyor özünün “Twitter”dəki səhifəsində yazıb.

"Mənim COVID-19-la bağlı testimin nəticəsi müsbət oldu. Məni xəstəxanaya apardılar, ailəm və işçilərim yoxlamadan keçdi, nəticələri gözləyirlər", - deyə aktyor yazıb.

​Aktyor həmçinin son 10 gündə onunla yaxın təmasda olanlardan koronavirus testindən keçmələrini xahiş edib.

Baççan Hindistanın bir çox filmlərdə çəkilmiş ən məşhur aktyorlarından biridir. O, ayrı-ayrı filmlərdə yaratdığı uğurlu obrazlara və rollara görə dəfələrlə yüksək mükafatlara layiq görülüb.

Amitabx Baççan oynadığı rollarla Azərbaycanda da məşhurdur və sevilir.

15