CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ali Məhkəməyə hakimlər təyin edildi

© Photo : REPORTAli Məhkəmə
Ali Məhkəmə - Sputnik Azərbaycan
Abunə olmaq
Ali Məhkəmənin hakimi Rəşadət Əhməd oğlu Ağayev vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin hakimi təyin edilib. Qərar səsə qoyularaq qəbul edilib.

BAKI, 6 may — Sputnik. Milli Məclisin bugünkü plenar iclasında Ali Məhkəmə hakimlərinin təyin edilməsi məsələsinə baxılıb. Sputnik xəbər verir ki, 2016-cı il aprelin 25-də səlahiyyət müddəti bitən aşağıdakı hakimlər Ali Məhkəmənin hakimləri təyin ediliblər: Əsgərov Qürbət Ağa oğlu, İbayev Vəfaddin Ələm oğlu və Quliyev Zakir Müslüm oğlu.

Qərar səsə qoyularaq təsdiq edilib. İclasda R.Ə.Ağayevin Şirvan apellyasiya məhkəməsinin hakimi təyin edilməsi məsələsinə də baxılıb. Ali Məhkəmənin hakimi Rəşadət Əhməd oğlu Ağayev vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin hakimi təyin edilib. Qərar səsə qoyularaq qəbul edilib.

Xəbər lenti
0