Dağıstanın rəhbəri Azərbaycana gəlir

© Sayid Tsarnaev / Mediabanka keçidRamazan Abdulatipov
Ramazan Abdulatipov - Sputnik Azərbaycan
Abunə olmaq
Ramazan Abdulatipov səfəri zamanı Azərbaycanın rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirəcək. O, Bakıda Dağıstan Mədəniyyət Günlərinin açılışına qatılacaq.

BAKI, 5 may — Sputnik. Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipov gələn həftə Azərbaycana səfər etməyi planlaşdırır. "Report" məlumatlı mənbələrə istinadən xəbər verir ki, Dağıstan Respublikasının başçısı səfəri zamanı Azərbaycanın rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirəcək.

Bu görüşlərdə ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi məsələləri müzakirə ediləcək. Məlumata görə, R.Abdulatipov mayın 12-də Bakıda Dağıstan Mədəniyyət Günlərinin açılış mərasimində iştirak edəcək, eləcə də Azərbaycanda yaşayan həmvətənləri ilə görüş keçirəcək.

Xəbər lenti
0