Russian Foreign Minister Sergei Lavrov

Lavrov: Ermənistan Dağlıq Qarabağın statusunu birtərəfli qaydada müəyyən etməyəcək

251
bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov “RİA Novosti”yə müsahibəsində deyib.

BAKI, 4 may — Sputnik. “Ermənistan parlamentinin Dağlıq Qarabağın müstəqilliyini tanımaqla bağlı müzakirə aparacağı ilə bağlı xəbərlərdən təlaş keçirməyə səbəb yoxdur, çünki Ermənistan bəyan edir ki, regionun statusu birtərəfli qaydada müəyyən edilməyəcək”.

Sputnik-in məlumatına görə, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov “RİA Novosti”yə müsahibəsində deyib.

Nazir bildirib ki, Ermənistan bu məsələni müzakirə etmir: “Bu, parlamentin 2 üzvünün təklifidir. Ermənistan hökuməti də öz qanunlarına əsasən bu qanun layihəsi üçün yekun rəy hazırlamalıdır. Mən İrəvanda olanda və daha sonra həmkarımla telefon danışığı zamanı, eləcə də aprel hadisələrindən sonra o Moskvaya gələrkən aydın şəkildə bildirdilər ki, Ermənistan münaqişənin sülh yolu ilə həllinə sadiqdir. Bu, o deməkdir ki, Dağlıq Qarabağın statusu birtərəfli qaydada deyil,  ümumi razılıq əsasında müəyyənləşdiriləcək”. 

251