Azərbaycanın Şöhrət ordenli xalq şairi Söhrab Tahir. Arxiv şəkli

Xalq şairi vəfat etdi

111
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Şöhrət" ordeninə layiq görülmüş Söhrab Tahir uzun sürən xəstəlikdən sonra bu gün səhər saatlarında dünyasını dəyişib

BAKI, 4 may — Sputnik. Azərbaycanın xalq şairi Söhrab Tahir vəfat edib. Bu barədə "Report"a Azərbaycan Yazıçılar Birliyindən məlumat verilib. O, uzun sürən xəstəlikdən sonra bu gün səhər saatlarında dünyasını dəyişib.

Söhrab Tahir 1926-cı ilin martında (rəsmi sənədlərdə avqustun 6-sı yazılıb) Cənubi Azərbaycanda anadan olub. "Səadət" və "Şahpur" məktəblərində 9-cu sinfədək təhsil alıb, ailə vəziyyətinin ağırlığı üzündən atası ilə "İran-İngilis neft şirkəti"ndə işləməyə məcbur olub.

Sovet Ordusunun İrana daxil olmasından sonra xalq hərəkatında fəal iştirak edib. 1946-cı ildə Bakıya təhsil almağa göndərilib. 1950-ci ildə Bakı Tibb Məktəbində stomatoloq və feldşerlik ixtisası alıb.

S.Tahir 1952-1957-ci illərdə ADU-nun filologiya fakültəsində oxuyub. 1959-1961-ci illərdə Moskvada Maksim Qorki adına Ali Ədəbiyyat kurslarında müdavim olub. 1962-1966-cı illərdə ADF-nin Bakı komitəsində birinci katib, "Azərbaycan" qəzeti və jurnalı redaksiyalarında bədii şöbələrdə müdir, "Səhər" ədəbi-tarixi jurnalında baş redaktor müavini, 1984-cü ildən "Azərbaycan" jurnalında redaktor olub.

Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin, "Literaturnıy Azerbaydjan" jurnalı redaksiya heyətinin, "Yazıçı" nəşiryyatının bədii şurasının, Azərbaycan Ədəbiyyat Fondu idarə heyətinin üzvü, SSRİ ədəbiyyat fondu plenimunun üzvü, Azərbaycan Yazıçılar Birliyi şeir şurasının sədri (1986-1991) olub.

İnqilabi, ədəbi-ictimai fəaliyyətinə görə, Təbrizdə "21 Azər" medalı və bir sıra başqa medallarla, Azərbaycan SSRİ Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanı ilə təltif olunub. 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Şöhrət" ordeninə layiq görülüb.

Allah rəhmət eləsin!

111
Teqlər:
Azərbaycan Yazıçılar Birliyi, Söhrab Tahir, xalq şairi, şair, vəfat
Əlaqədar
Hans-Ditrix Genşer vəfat edib
Əfsanəvi futbolçu vəfat etdi
Prezident İlham Əliyevin əmisi vəfat etdi
Məşhur boksçumuz vəfat etdi
AXCP Ali Məclisinin sədri Həsən Kərimov vəfat edib
Xalq artisti Nuriyyə Əhmədova vəfat etdi
 Müslüm Maqomayev, arxiv şəkli

Ukraynada Maqomayevin xatirəsinə həsr edilmiş III Beynəlxalq vokal müsabiqəsi keçiriləcək

0
(Yenilənib 19:33 30.11.2020)
Müsabiqə iştirakçıları iki seçim turunda Müslüm Maqomayevin akademik (opera) və estrada repertuarına daxil olan mahnılar ifa edəcəklər

BAKI, 30 noyabr — Sputnik. Dekabrın 1-dən 4-dək Ukraynanın kurort paytaxtı sayılan Truskavetsdə Vokalçıların Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş III Beynəlxalq müsabiqəsi keçiriləcək.

 Maqomayev bioqrafik serialından səhnə
© Photo : Первый канал/ Mediaslovo / АМЕДИА/ 2020

Sputnik Azərbaycan xəbər verir ki, bu unikal müsabiqədə həm opera, həm də estrada musiqisini eyni dərəcədə uğurla ifa edən vokalçılar aşkar ediləcək, onlar Ukraynanın və dünyanın musiqi ictimaiyyətinə təqdim olunacaqlar. Müsabiqə iştirakçıları iki seçim turunda Müslüm Maqomayevin akademik (opera) və estrada repertuarına daxil olan mahnılar ifa edəcəklər. Onun repertuarına daxil olan "Mən göyə baxıram" adlı Ukrayna xalq mahnısı müsabiqədə hökmən ifa edilməlidir.

Müsabiqəyə 16-40 yaşlarında, musiqi üzrə ixtisas təhsili almış peşəkar müğənnilərlə bərabər, musiqi təmayüllü ali məktəblərin və kolleclərin tələbələri də qoşula bilərlər.

İştirakçılar ilkin mərhələdə qiyabi seçimdən keçiblər. Bu mərhələdə ən çox bal toplayanlar final seçiminə dəvət olunublar.

Vokalçıların Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş Beynəlxalq Müsabiqənin mövcud olduğu illərdə bu yarışda Ukrayna, Moldova, Niderland, ABŞ, Özbəkistan, Litva və Qazaxıstandan olan vokalçılar iştirak ediblər.

Bu il iştirakçıların peşəkar səviyyəsi çox yüksəkdir: xaricdə kontrakt üzrə işləyən gənc opera müğənniləri koronavirus karantini səbəbindən Ukraynaya qayıdıblar və onlar da bu müsabiqədə iştirak edəcəklər. On beş nəfər finalçı arasında "Ölkənin səsi" teleşousunun iştirakçıları və populyar aktyorlar da var.

Epidemiyaya qarşı mübarizə tələblərinə uyğun olaraq, müsabiqə qarışıq formatda keçiriləcək: ifaçılar, münsiflər heyətinin üzvləri və prodüserlər seçim turlarında canlı iştirak edəcəklər, tamaşaçılar isə müsabiqəyə onlayn rejimdə qoşula biləcəklər. Seçim turları və qala-konsert müsabiqənin rəsmi internet səhifəsində nümayiş etdiriləcək. Efirin texniki təminatı "Truskavets-onlayn" saytına həvalə edilib.

Müsabiqənin təşkilatçıları Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Truskavets Şəhər Şurasıdır. Tədbir Azərbaycanın Ukraynadakı səfirliyinin, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilir. AzərTac bu müsabiqənin media-tərəfdaşıdır.

0
Teqlər:
Ukrayna, vokal, müsabiqə, Müslüm Maqomayev
Снежные каникулы в солнечном Азербайджане

Şahdağ Turizm Kompleksi bu mövsüm işləyəcək? - Rəsmi açıqlama

6
(Yenilənib 19:51 30.11.2020)
Hər il saysız-hesabsız turisti özünə cəlb edən Şahdağ Turizm Kompleksi ilə bağlı istirahət həvəskarlarını düşündürən suala cavab verildi.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 30 noyabr — Sputnik. Şahdağ Turizm Kompleksi qış mövsümü fəaliyyət göstərəcək. Bu barədə Sputnik Azərbaycan-a Şahdağ Turizm Mərkəzindən məlumat verilib. Mərkəzdən sorğumuza cavabda bildirilib ki, kompleks qış mövsümündə fəaliyyət  göstərəcək. Ancaq Şahdağ Turizm Mərkəzində hansı növ xidmətlərin göstəriləcəyi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, Şahdağ Turizm Mərkəzi Qusar rayonu ərazisində fəaliyyət göstərir. Bu kompleksdə qış turizminə maraq böyükdür. Hər mövsüm xeyli sayda turist Şahdağ Turizm Kompleksinə axışır.

2019-cu ilin dekabr ayının 31-dən 2020-ci ilin yanvar ayının 3-dək turizm mərkəzi 17 mindən çox qonaq qarşılayıb. 2020-ci ildə Yeni il bayram tətili ilə əlaqədar “Şahdağ” Turizm Mərkəzinə gündə təxminən 4300 turist gəlib.

6
Teqlər:
Şahdağ Qış-Yay Turizm Kompleksi, turizm