Yaşıb lobya. Arxiv şəkli

Azərbaycana idxal olunan lobyada xəstəlik aşkarlandı

146
Türkiyədən Azərbaycana idxal olunan 750 kiloqram ərzaqlıq lobyada karantin tətbiq olunan xəstəlik aşkar edilib. Həmin məhsullar karantin tədbirləri sisteminə riayət etmək şərtilə termik üsulla məhv edilib.

BAKI, 2 may — Sputnik. Son vaxtlar Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən Azərbaycan Respublikasına daxil olan kənd təsərrüfatı məhsulları üzərində təhlükəsizliyə və keyfiyyətə nəzarət gücləndirilib.

Dövlət Xidmətinin mətbuat katibliyindən Sputnik-ə verilən məlumata görə, bu günlərdə fiziki şəxs İntiqam Murad oğlu İxtiyarova məxsus olan "TR 61 K 8273" dövlət nömrə nişanlı yük avtomobili ilə Türkiyə Respublikasından Azərbaycana daxil olan 750 kiloqram ərzaqlıq lobya məhsulundan götürülən nümunələr müvafiq laboratoriyalarda analiz edilib. Aparılan analiz nəticəsində məhsulda karantin tətbiq edilən xəstəliklərdən lobyanın bakteriozu və ya bakterial yanıq ləkəliyi (Xanthomonas campestris pv. Phaseoli Dye) aşkar edilib.

Xəstəliyə yoluxmuş dənli bitkilər barədə laborator məlumat
© Photo : Dövlət Fitosanitar Nəzarəti Xidməti
Xəstəliyə yoluxmuş dənli bitkilər barədə laborator məlumat

Adı çəkilən xəstəliyin respublikanın bitki örtüyü üçün təhlükəli və karantin tətbiq edilən zərərli orqanizm olduğunu nəzərə alaraq, bu gün yük "Təmiz Şəhər" ASC-yə məxsus Bakı Bərk Məişət Tullantıları zavodunda karantin tədbirləri sisteminə riayət etmək şərtilə termik üsulla məhv edilib.

Tərkibində xəstəlik aşkar edilmiş lobyanın termik üsulla məhv edilməsi
© Photo : Dövlət Fitosanitar Nəzarəti Xidməti
Tərkibində xəstəlik aşkar edilmiş lobyanın termik üsulla məhv edilməsi

Qeyd edək ki, "Xanthomonas phaseoli" torpaqda uzun müddət yaşaya bilir. Xəstəliyin inkişafı üçün optimal temperatur 25-30 dərəcədir. Güclü yağan yağışlar, havanın temperaturunun 1-18 dərəcədən aşağı olmaması bitkilərin yoluxması üçün əlverişli şərait yaradır. Orta yoluxmada məhsuldarlıq 15-20 faiz, güclü yoluxmada isə 40-50 faizə qədər aşağı düşür. Bakteriyanın infeksiyası toxumlarda bir neçə il, bitki qalıqlarında isə onların cücərməsinə qədər qalır.

Məhsulun xəstəliyə yoluxmaması üçün sağlam bitkilərdən alınan toxumlardan istifadə edilməlidir. Səpinlərdən əvvəl toxumlar fentiuram preparatı ilə (3-4 kq/t) dərmanlanmalı, səpin müddətinə və növbəli əkinə əməl edilməlidir. Çiçəklənmədən əvvəl bitkilərin mineral gübrələrlə yemlənməsi müsbət amildir.

146
Teqlər:
lobya, Dövlət Fitosanitar Nəzarəti Xidməti, qida, Kənd Təsərrüfatı Nazirliyi, ərzaq
Əlaqədar
Supermarketlərə istifadə müddəti başa çatmaqda olan ərzaqları tullamaq qadağan edildi
Bu marketlərdən ərzaq almayın
Saxlama müddəti ötmüş ərzaqlar satan dükanlar aşkarlanıb
Paytaxtda reyd: bir tondan artıq yararsız ət aşkarlandı