Ramzan Kadırov və Elxan Süleymanov

Həmyerlimiz Rusiyada nazir postuna gətirildi

159
(Yenilənib 11:10 29.04.2016)
Ramzan Kadırov azərbaycanlı həkimi niyə səhiyyə naziri təyin etməsinə aydınlıq gətirib: "Onu bir neçə il əvvəl Moskvadan Qroznıya gəlməyə və ağır vəziyyətdə olan onkodispanserə rəhbərlik etməyə razı salmışdım"

BAKI, 29 apr — Sputnik. Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov azərbaycanlı həkim-onkoloq Elxan Süleymanovu səhiyyə naziri postuna təyin edib. Sputnik-in məlumatına görə, bunu Ramzan Kadırov öz "İnstagram" səhifəsində yazıb.

"Salam-əleyküm. Bu gün mən yeni səhiyyə naziri təyin etmişəm. Bu vəzifəni təcrübəli həkim, səhiyyə təşkilatçısı, gözəl mütəxəssis Elxan Süleymanova həvalə etmişəm", —deyə Kadırov yazıb.

Onun yazdığına görə, E. Süleymanovu bir neçə il əvvəl Moskvadan Qroznıya gəlməyə və ağır vəziyyətdə olan onkodispanserə rəhbərlik etməyə razı salıb: "Eyni zamanda onu Çeçenistan Respublikası başçısının səhiyyə məsələləri üzrə məsləhətçisi təyin etmişdim. Elxan ən yaxşı diaqnostik avadanlıqları quraşdırmaqla, yüksək ixtisaslı mütəxəssisləri yığmaqla onkodispanserdə inqilab etməyi bacardı. Bu gün başqa regionlardan onkoloji xəstələr Çeçenistana müalicə olunmağa gəlirlər. Son zamanlar Elxan həm də nazirin birinci müavini idi. Mən onu təyin etmişəm ki, Səhiyyə Nazirliyində, Qroznının, rayon və yaşayış məntəqələrinin müalicə müəssisələrində köklü yenidənqurma işləri aparsın, bizim tibbimiz ölkənin ən yaxşılarından biri olsun. Bunun üçün kadr və struktur islahatlar tələb olunur".

Ассаламу алайкум! Сегодня я назначил нового министра здравоохранения. Эту должность доверил опытному врачу, организатору здравоохранения, прекрасному специалисту Эльхану Сулейманову. Я несколько лет назад уговорил его переехать из Москвы в Грозный и возглавить онкодиспансер, находившийся в плачевном состоянии. Одновременно возложил на него обязанности советника Главы ЧР по вопросам здравоохранения. Эльхан сумел совершить революцию в онкодиспансера, установить лучшее диагностическое оборудование, собрать специалистов высокого класса. Сегодня в Чечню едут лечиться онкобольные из других регионов. Последнее время Эльхан также являлся первым заместителем министра. Я поручил ему провести коренную реорганизацию в Минздраве, лечебных учреждениях Грозного, районов и населенных пунктов, сделать так, чтобы наша медицина стала одной из лучших в стране. Для этого потребуются кадровые и структурные изменения. Предложил первому вице-премьеру Ибрагиму Закриеву быть на постоянной связи с министром и оказывать действенную помощь в решении любых проблем. Намерен и сам держать вопросы здравоохранения на личном контроле. #Кадыров #Россия #Чечня #Минздрав

Фото опубликовано Рамзан Кадыров (@kadyrov_95) Апр 28 2016 в 8:40 PDT

"Baş nazirin birinci müavini İbrahim Zakriyevə də tapşırmışam ki, nazirlə daimi əlaqədə olsun və istənilən problemin həllində zəruri köməkliyi göstərsin. Özüm də səhiyyə ilə bağlı məsələləri şəxsi nəzarətimdə saxlayacağam", —deyə Çeçenistan başçısı yazıb.

Qeyd edək ki, Elxan Süleymanov Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib. Bir müddət Bakıdakı Onkoloji Tibbi Mərkəzdə işləyib. Moskva N.N. Bloxin adına Rusiya Onkoloji Mərkəzinin bazasında aspiranturanı bitirib. Tibb elmləri namizədidir. ABŞ və Almaniyada tibbi təcrübə keçib. Çeçenistan Respublikasınını əvvəlki səhiyyə naziri isə Musa Əhmədov idi.

159
Teqlər:
Ramzan Kadırov, Çeçenistan Respublikası, Elxan Süleymanov, təyinat, səhiyyə naziri, azərbaycanlı
Əlaqədar
Şotlandiyadakı qürur duyulası həmyerlimiz
Azərbaycanlı boksçu Almaniyanı "silkələdi"
İŞİD-ə qoşulan azərbaycanlıların siyahısı ABŞ-ın əlindədir
Azərbaycanlı bloggerlər öz saytlarını yaradıblar
Azərbaycanlı hüquqşünas Rusiyada "Fəxri professor" adına layiq görülüb
Azərbaycanlı yazıçı mükafat aldı
Qalatasarayın azərbaycanlı azarkeşlərindən təklif
 Pantsir-S1 zenit-raket kompleksi

Türkiyə "Pantsir-S1"-ə bənzəyən hədəfin məhv edildiyi video nümayiş etdirib

4
(Yenilənib 20:55 23.04.2021)
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin Ukraynaya döyüş PUA-larını heç bir şərt olmadan satdığını və müqavilənin Rusiyaya qarşı yönəlmədiyini bildirib.

BAKI, 23 aprel — Sputnik. Türkiyənin "Roketsan" hərbi sənaye şirkəti "Twitter"də ən yeni "Akıncı" pilotsuz uçuş aparatının səhrada MAM-T tipli "ağıllı bombalarla" Rusiyanın "Pantsir-S1" zenit-raket top kompleksinə bənzəyən hədəfi məhv etdiyi animasiya videoçarxını nümayiş etdirib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bir qədər əvvəl "Roketsan" adı çəkilən ağıllı sursatların ilk uğurlu sınağı barədə məlumat yayıb.

Xatırladaq ki, RF telekanallarından birində yayımlanan "Vesti nedeli" (Həftənin xəbərləri) verilişində bu ölkənin istehsalı olan "Lanset" PUA-nın üzərində Türkiyə SQ emblemi olan "Bayraktar" PUA-ya bənzər hədəfin məhv edildiyi animasiya videoçarxı nümayiş olunub.

​Qeyd edək ki, Türkiyədə PUA-ların aparıcı istehsalçısı olan "Baykar" şirkətindən Ukraynanın artıq "Bayraktar" həmlə PUA-larını aldığı barədə məlumat verilib.

Hərbi ekspert Viktor Muraxovski bildirib ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin aprelin 10-da Türkiyəyə etdiyi səfərin məqsədlərindən biri "Akıncı" həmlə PUA-larının alınması cəhdi ola bilər.

Qeyd edək ki, Türkiyə xarici siyasət idarəsinin rəhbəri Mövlud Çavuşoğlu ölkəsinin Ukraynaya döyüş PUA-larını heç bir şərt olmadan satdığını və müqavilənin Rusiyaya qarşı yönəlmədiyini bildirib.

4
Teqlər:
video, "Pantsir" zenit raket-top kompleksi, Baykar Makina, PUA, Türkiyə
Ofisdə iş, arxiv şəkli

İşsizlər üçün gözlənilən sistem yaxın vaxtlarda istifadəyə veriləcək

2
(Yenilənib 20:50 23.04.2021)
Yaxın vaxtlarda test rejimində fəaliyyətə başlayacaq ƏMAS ölkə üzrə bütün işəgötürənlər üçün funksional bir "ERP" formatını ehtiva edəcək.

BAKI, 23 aprel — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən rəqəmsal məşğulluğa keçid istiqamətində mühüm layihələrdən olan əmək münasibətləri və məşğulluq altsistemi (ƏMAS) yaxın vaxtlarda test rejimində fəaliyyətə başlayacaq. Bu barədə nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Agentliyin sədri Mustafa Abbasbəyli qurumun fəaliyyət istiqamətləri və həyata keçirdiyi aktiv məşğuluq proqramları barədə məlumat verib. O, rəqəmsal məşğulluğa keçid və xidmətlərin elektronlaşdırılması istiqamətində icra olunan 8 layihəni qeyd edib. Bildirib ki, bunlar ƏMAS, ölkənin məşğulluq xəritəsi, məşğul şəxslərin ölkə üzrə reyestri, qeyri-formal məşğulluğa nəzarət informasiya ehtiyatı, səyyar yoxlama və monitorinq sistemi, elektron əmək birjası və yarmarkası, həmçinin ictimai işlər portalıdır (works.gov.az).

Qeyd olunub ki, yaxın vaxtlarda test rejimində fəaliyyətə başlayacaq ƏMAS ölkə üzrə bütün işəgötürənlər üçün funksional bir "ERP" formatını ehtiva edəcək. Əmək müqaviləsinin e-formada bağlanması, rəqəmsal kadr-uçot sisteminin yaradılması, əməyin təşkili və mühafizəsində beynəlxalq standartların tətbiqi, əməyin ödənilməsində qanunvericiliyin tələblərinin gözlənilməsi və bu sahədə dövlət siyasətinin həyata keçirilməsinin dəstəklənməsində ƏMAS önəmli rol oynayacaq. Vakansiya bankının daha təkmil formalaşdırılması və xüsusi alqoritmlər vasitəsilə işəgötürən üçün işçi, işçi üçün isə işəgötürən seçimi təşkil ediləcək.

Daha sonra insan resursları üzrə məsul şəxslərin sualları cavablandırılıb, təklifləri dinlənilib.

2