Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Xəzərdə yanan Rusiya tankeri Bakıya gətirilir

© FHNXəzərdə yanan PALFLOT-2 gəmisi
Xəzərdə yanan PALFLOT-2 gəmisi - Sputnik Azərbaycan
Abunə olmaq
Xəzər dənizində Rusiyanın PALFLOT-2 tankerində baş verən yanğın söndürülüb və gəmi yedəyə qoşularaq Bakıya gətirilir.

BAKI, 23 apr — Sputnik. Sahildən təqribən 110 km məsafədə Rusiya Federasiyası bayrağı altında üzən “PALFLOT-2“ tankerində baş vermiş yanğın Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin müvafiq qüvvələri tərəfindən tam olaraq söndürülüb.

Sputnik-in məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyi, Dövlət Dəniz Adminstrasiyası və “Azərbaycan Dövlət Dəniz Gəmiçiliyi” QSC-nin birgə məlumatında bildirilir.

Məlumata görə, Azərbaycan FHN-nin “Vixr-5“ və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “LİUTOGA“ gəmiləri Rusiya  bayrağı altında üzən “PALFLOT-2“ tankerini yedəyə alaraq Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu istiqamətində hərəkət edirlər.

Fövqəladə Hallar Nazirliyi yanğınsöndürmə əməliyyatının videosunu da internetə yerləşdirib.

Xəbər lenti
0