“Yerli Düşüncə” dərnəyinin “Azərbaycana qardaş dəstəyi” adlı tədbiri

Türkiyədə Azərbaycana dəstək aksiyası

28
"Yerli Düşüncə" dərnəyi tərəfindən keçirilən aksiyada Azərbaycanın Ankaradakı səfirliyində və Türkiyə Böyük Millət Məclisində görüşlər keçirilib

BAKI, 22 apr — Sputnik. Türkiyənin paytaxtı Ankara şəhərində fəaliyyət göstərən "Yerli Düşüncə" dərnəyi tərəfindən aprelin 20-də "Azərbaycana qardaş dəstəyi" adlı aksiyası keçirilib. Bu haqda Sputnik-ə "Yerli Düşüncə" dərnəyinin Azərbaycan təmsilçisi Cavid Mövsümlü məlumat verib.

Onun təşəbbüsü ilə keçirilən tədbir əsnasında Ankarada müxtəlif universitet və fakültələrdə təhsil alan azərbaycanlı tələbələr üçün, dərnək tərəfindən 1 günlük rəsmi dairələrə ziyarət görüşləri təşkil olunub. İlk olaraq "Yerli Düşüncə" dərnəyinin rəhbərliyi, başda dərnəyin fəxri sədri Türkiyə Respublikasının prezidentinin baş məsləhətçisi, 63-cü hökümət kabinetinin mədəniyyət və turizm naziri Yalçın TOPÇU olmaqla, azərbaycanlı tələbələrlə birgə bu ölkədə fəaliyyət göstərən Azərbaycan səfirliyini ziyarət ediblər. 

Ankaradakı “Yerli Düşüncə” dərnəyinin təşkil etdiyi “Azərbaycana qardaş dəstəyi” adlı tədbir
© Photo : Yerli Düşüncə
Ankaradakı “Yerli Düşüncə” dərnəyinin təşkil etdiyi “Azərbaycana qardaş dəstəyi” adlı tədbir

Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov ziyarətdən və Azərbaycana son olaylardan dolayı dəstək olduqları üçün təşəkkürünü bildirib. Öz növbəsində dərnəyin fəxri sədri Yalçın Topçu bildirib ki, Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş Qarabağ torpaqları qeyri-şərtsiz və dərhal işğaldan azad edilərək ölkənin ərazi bütövlüyü bərpa edilməlidir və Xocalı soyqırımı dünya ölkələri tərəfindən tanınmalıdır.

Cavid Mövsümlü dərnəyin Azərbaycan adına gördüyü işlər və tədbirlər haqqında geniş məlumat verərək, qardaş Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin adından hər zaman Azərbaycan uğrunda savaşmağa hazır olduqlarını diqqətlərinə çatdırıb. Görüşün sonunda səfirlikdə azərbaycanlı tələbələrlə birgə xatirə şəkili çəkdirilib və dərnəyin dərc etdiyi aylıq eyniadlı jurnalın bütün sayları səfirliyə təqdim edilib.

Bunun ardından azərbaycanlı tələbələr dərnək rəhbərliyi ilə birgə Türkiyə Böyük Millət Məclisini (TBMM) ziyarət ediblər. TBMM-də AK Parti Ordu millət vəkili Mətin Gündoğdu azərbaycanlı tələbələrlə fikir mübadiləsi aparıb.

28
Teqlər:
aksiya, dəstək, Azərbaycan, Yalçın Topçu, Cavid Mövsümlü, Ankara, Türkiyə, "Yerli Düşüncə"
Əlaqədar
"Pakistanın Azərbaycana hər zaman dəstək verəcəyinə şübhəniz olmasın"
Gürcüstan müdafiə naziri: Azərbaycanın ərazi bütövlüyünü təmin etməsini dəstəkləyirik
Türkiyədən PKK-nı dəstəkləyən dövlətlərə sərt ismarıc
Türkiyə Azərbaycana torpaqları tam azad edilənədək dəstək verəcək
Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
Təbriz aksiyasına İstanbuldan dəstək
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində

Prezident İlham Əliyev Ağdamda Azərbaycan bayrağını ucaldıb - VİDEO

14
(Yenilənib 21:04 23.11.2020)
Səfər zamanı Prezident və Birinci xanım Ağdam Cümə məscidində olublar. Həmçinin Prezident İlham Əliyev Ağdamda Azərbaycan bayrağını qaldırıb.

BAKI, 23 noyabr — Sputnik. Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar.

Səfər zamanı Prezident və Birinci xanım Ağdam Cümə məscidində olublar. Həmçinin Prezident İlham Əliyev Ağdamda Azərbaycan bayrağını qaldırıb.

Ağdam rayonu Ermənistan silahlı qüvvələri tərəfindən noyabrın 20-də üçtərəfli bəyanatın şərtlərinə əsasən azad edilib.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 9-da imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-dək Azərbaycan Respublikasına qaytarılır. 2020-ci il noyabrın 15-də Azərbaycan Respublikasına Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu qaytarılır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

14
Teqlər:
Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, Cümə məscidi, Üçtərəfli bəyanat, Azərbaycan bayrağı, Ağdamın azad olunması
Tibbi maskada olan qızlar, arxiv şəkli

Koronavirusla mübarizəyə həsr olunmuş beynəlxalq fotomüsabiqə elan olunub

6
Müsabiqə dünyanın bütün yerlərindən olan peşəkar fotomüxbirlər üçün açıqdır. Kütləvi informasiya vasitələrində çalışan peşəkar xəbər fotoqrafları müsabiqədə iştirak edə bilər.

BAKI, 23 noyabr — Sputnik. Rusiyanın TASS agentliyinin təşkilatçılığı ilə "Koronavirusla mübarizəyə həsr olunmuş xəbərlər üzrə foto mükafatları" müsabiqəsi elan olunub.

Sputnik Azərbaycan xəbər verir ki, müsabiqə dünyanın bütün yerlərindən olan peşəkar fotomüxbirlər üçün açıqdır. Kütləvi informasiya vasitələrində çalışan peşəkar xəbər fotoqrafları müsabiqədə iştirak edə bilər.

Bu, COVID-19 pandemiyası ilə mübarizə mövzusuna həsr olunmuş beynəlxalq fotomüsabiqədir. Təqdim edilən fotoşəkillər yalnız pandemiya ilə əlaqəli olmalıdır. Müsabiqənin şərtlərinə görə yalnız əvvəllər mediada yayımlanan fotoşəkillər keçərlidir.

Birinci yerin qalibinə 10 min dolları veriləcək.

Ətraflı məlumat almaq və müraciət etmək üçün https://npacontest.com/ ünvanına daxil olun

6
Teqlər:
müsabiqə, COVID-19, Koronavirus