Xəzər dənizi sahilinin Lənkərana aid ərazisində, Bayraq meydanına yaxın ərazidə iməclik keçirilib

Məktəblilər çimərlikdəki zir-zibilləri təmizlədilər

115
Lənkəran 1 saylı Ərazi üzrə Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşları və Sütəmurdov kənd məktəbinin şagirdləri Xəzər dənizi sahilinin Lənkərana aid ərazisində iməclik keçiriblər

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 21 apr — Sputnik. 22 aprel bütün dünyada Beynəlxalq Yer Günü kimi qeyd olunur. Bununla əlaqədar olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən müxtəlif tədbirlər həyata keçirilir.

  • Xəzər dənizi sahilinin Lənkərana aid ərazisində, Bayraq meydanına yaxın ərazidə iməclik keçirilib
    Xəzər dənizi sahilinin Lənkərana aid ərazisində, Bayraq meydanına yaxın ərazidə iməclik keçirilib
    © Sputnik / Rahim Zakiroğlu
  • İməclik iştirakçıları çimərlik ərazisinə atılan küllü miqdarda zibilləri topladılar
    İməclik iştirakçıları çimərlik ərazisinə atılan küllü miqdarda zibilləri topladılar
    © Sputnik / Rahim Zakiroğlu
  • Əraziyə atılan zibillər sahildə bir yerə toplandı və daha sonra tullantı daşıyan maşınlar vasitəsi ilə ərazidən aparıldı
    Əraziyə atılan zibillər sahildə bir yerə toplandı və daha sonra tullantı daşıyan maşınlar vasitəsi ilə ərazidən aparıldı
    © Sputnik / Rahim Zakiroğlu
1 / 3
© Sputnik / Rahim Zakiroğlu
Xəzər dənizi sahilinin Lənkərana aid ərazisində, Bayraq meydanına yaxın ərazidə iməclik keçirilib

Bu tədbirlər çərçivəsində bu gün Lənkəranda, 1 saylı Ərazi üzrə Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşları və R.Dadaşov adına Sütəmurdov kənd məktəbinin şagirdləri Xəzər dənizi sahilinin Lənkərana aid ərazisində, Bayraq meydanına yaxın ərazidə iməclik keçiriblər. İməcliyin təşkilatçısı olan 1 saylı Ərazi üzrə Ekologiya və Təbii Sərvətlər Şöbəsinin müdiri Rafael Tahirov bildirdi ki, hər il 22 aprel tarixində Beynəlxalq Yer Günü ilə əlaqədar Lənkəran ərazisində dəniz çimərlikləri ərazisində və meşə sahələrində iməclik keçirilir.

"Bildiyimiz kimi Lənkəran turizm cəhətdən əlverişli imkanlara malikdir. Biz hər il olduğu kimi, bu il də Xəzər dənizinin Lənkəran ərazisindəki çimərliklərdə təmizlik işləri aparırıq. Şöbəmizin əməkdaşları ilə bərabər Sütəmurdov kənd orta məktəbinin də bir qrup məktəbliləri çimərliyi, sakinlər tərəfindən atılan tullantı və zibillərdən təmizləyirlər", —deyə şöbə müdiri bildirdi.

Bildirək ki, iməclik iştirakçıları çimərlik ərazisinə atılan küllü miqdarda zibilləri topladılar. Əraziyə atılan boş içki qabları, rəng qutularının qabları, spirtli içkilərin sınmış şüşə qabları, cırılmış tor hissələri və çayın dəniz sahilinə gətirdiyi çoxlu ağaclar sahildə bir yerə toplandı və daha sonra tullantı daşıyan maşınlar vasitəsi ilə ərazidən aparıldı.

R. Tahirov onu da xüsusi olaraq vurğuladı ki, məktəblilərin bu aksiyaya cəlb edilməsində əsas məqsəd gənc nəslin hal-hazırda dünyada ən qlobal problerlərdən olan "Ekoloji problem"ə biganə yanaşmaması və gənclərin ekoloji problemlər yönümdə maarifləndirilməsi və ekoloji tarazlıq haqqında təbliğat aparmaqdır.

115
Teqlər:
təmizlik, iməclik, 22 aprel, Beynəlxalq Yer Günü, sahil
Əlaqədar
FHN çimərliklərlə bağlı vətəndaşlara müraciət edib
BŞİH: çimərliklər pulsuzdur və heç kim buna görə pul ödəməsin
Şıx və Sahil çimərliklərindən istifadə qadağan edildi
Hansı çimərliklər istifadəyə yararlıdır?
"Yaşıl ASAN" könüllüləri Novxanı sahilboyunu təmizləyiblər
Sinovac CoronaVac peyvəndi, arxiv şəkli

Kimə vaxt? - Azərbaycanda vaksinlərin vurulacağı gün bəlli oldu

1
Azərbaycanda xüsusi karantin rejiminin yumşaldılması ilə yanaşı, koronavirus əleyhinə vaksinasiyaya da start verilir

BAKI, 16 yanvar — Sputnik. Azərbaycanda yanvarın 18-dən əhalinin risk qrupuna aid kateqoriyasının vaksinasiyasına başlanılır. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə yanvarın 18-dən ölkədə xüsusi karantin rejimi çərçivəsində tətbiq ediləcək yumşaldılmalarla bağlı keçirilən brifinqdə Prezidentin köməkçisi Şahmar Mövsümov məlumat verib.

O bildirib ki, ilk növbədə tibb işçiləri vaksinasiya ediləcəklər. Tədbirdə TƏBİB-in departament müdiri Yaqut Qarayeva və Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev də iştirak edirlər. Brifinqdə vaksinasiya ilə bağlı məlumatlar açıqlanır.

1
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər

Həftəsonları yenə piyadayıq

1
Yanvarın 18-dən etibarən ölkə ərazisində karantin rejiminin müəyyən yumşaldılması olacaq: sms icazələr ləğv olunacaq, bir müddət sonra müəyyən sahələr fəaliyyətə başlayacaq. Amma ictimai nəqliyyatın həftəsonu hərəkətinə qoyulan məhdudiyyət götürülmür

BAKI, 16 yanvar — Sputnik. Nazirlər Kabineti Azərbaycanda xəstəliyin yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin 2021-ci il 18 yanvar saat 00:00-dan yumşaldılmasını qərara alıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, buna rəğmən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət, eləcə də digər qadağalar xüsusi karantin rejiminin sonunadək tətbiq olunacaqdır.

Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilib, virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 2021-ci il 1 aprel saat 06:00-dək uzadılmasına qərar verilib.

1
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar