İŞİD-ə qoşulan azərbaycanlıların siyahısı ABŞ-ın əlindədir

© todayİŞİD-terror
İŞİD-terror - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-ın təhlükəsizlik orqanlarına İŞİD terror qruplaşmasına 70 millətin nümayəndəsinin qoşulduğu barədə məlumat daxil olub.

BAKI, 20 aprel-Sputnik. ABŞ-ın təhlükəsizlik orqanlarına İŞİD terror qruplaşmasına 70 millətin nümayəndəsinin qoşulduğu barədə məlumat daxil olub. 

İŞİD-dən qaçan bir nəfər NBC teleşirkətinə yaraqlılarla bağlı 11000 fərdi faylları təqdim edib.

Sputnik-in məlumatına görə, Amerikanın NBC Televiziyasına sızdırılan bu məlumat West Point Terrorizmlə Mübarizə Mərkəzi tərəfindən araşdırılıb. Bunlardan aidiyyatı olmayanlar ayrıldıqdan sonra ortaya 4600-ə qədər adamı əhatə edən bir siyahə çıxıb.

West Point-in hazırladığı sənədə görə, muzdluların yaş həddi 12-dən 70-ə, orta yaş həddi isə 26-27-dir.

İŞİD-ə ən çox Səudiyyə Ərəbistanından (579 nəfər), Rusiyadan (141 nəfər) muzdlu qoşulub. Həmin sənədə görə, Azərbaycandan İŞİD-ə qoşulan muzdluların sayı 122, Türkiyədən qoşulanların sayı isə 243 nəfərdir.

Siyahıda 7 Avropa ölkəsi də var: Fransa (49), Almaniya (38), İngiltərə (26), Avstraliya (11), Kanada (7).
Siyahıda ABŞ-ın adı çəkilmir.

Sənəddəki digər məlumata görə, muzdluların 61 faizi subaydır, 39 faizi isə evli. Evli olan İŞİD-çilərin çoxunun təhsili var. 1371 nəfər muzdlu deyib ki, məktəbi bitirib, 1028 nəfər universitetdə oxuduğunu bildirib.

Xəbər lenti
0