Президент Республики Армения Серж Саргсян

XİN: Ermənistan rəhbərliyi gəncləri müharibə qırğınlara sürükləyir

71
(Yenilənib 20:26 19.04.2016)
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan prezidenti Serj Sarkisyanın işğal olunmuş Azərbaycan ərazilərində söylədiklərinə münasibət bildirib.

BAKI, 19 aprel-Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan prezidenti Serj Sarkisyanın işğal olunmuş Azərbaycan ərazilərində söylədiklərinə münasibət bildirib.

Sputnik-in məlumatına görə, Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Report-a bildirib ki, Ermənistan rəhbərliyi aprelin əvvəlində qoşunların təmas xəttində törətdiyi uğursuz və məsuliyyətsiz hərbi avantüradan nəticə çıxarmaq və münaqişənin həlli istiqamətində konstruktiv addımlar atmaq əvəzinə təxribatçı əməllərini və müharibə ritorikasını davam etdirməkdədir:

"Cəbhə xətti boyunca atəşkəsin Ermənistan tərəfindən pozulmasının intensivləşməsi Ermənistan rejiminin yürütdüyü siyasətin nəticəsidir. İşğal olunmuş Azərbaycan ərazilərinə səfər edərək vəziyyətin daha da gərginləşməsində maraqlı olan Ermənistan rəhbərliyinın çıxışında regionun gələcəyi, Ermənistanın qonşu dövlətlərlə əlaqələrinin normallaşdırılması və davamlı sülh və təhlükəsizliyin təmin olunması barəsində bir dənə olsun belə ifadə yoxdur.

Hərbi diktatora xas populizm və süni vətənpərvərlik tezisləri ilə Ermənistan rəhbərliyi ölkəsinin gənclərini etnik nifrətə, müharibə və qırğınlara sürükləyir. Bu vasitə ilə Ermənistan rejimi 70 faizdən artığı yoxsulluq şəraitində olan Ermənistan ictimaiyyətini aldatmaq, uğursuz hərbi avantüraya görə hərbi itkilərdən diqqəti yayındırmaq və cəmiyyətdə tamamilə itirilmiş nüfuz və etimadını bərpa etməyə cəhd edir".

"Xocalı soyqırımının törədilməsində və bir milyondan artıq azərbaycalının etnik təmizlənməsində şəxsən iştirak etmiş Ermənistan siyasi-hərbi rəhbərliyinin müharibə cinayətlərindən danışması ikrah doğurur. 90-cı illərin təfəkkürü ilə yaşayan və reallıq hissini itirən Ermənistan rəhbərliyinin aprel ayının əvvəlində mülki Azərbaycan əhalisini hədəfə alaraq, yenidən törətmək niyyətində olduğu müharibə və bəşəriyyət əleyhinə cinayət əməllərinin qarşısı Azərbaycan Silahlı Qüvvələri tərəfindən layiqincə alındı.

Dəyişən hərbi status-kvonun fonunda Ermənistan rəhbərliyi nəhayət dərk etməlidir ki, Azərbaycan ərazilərinin işğalı heç vaxt gözlədiyi siyasi nəticəni verə bilməz.

Vəziyyətin yenidən gərginləşməsinə imkan verməmək, münaqişənin həllinə nail olmaq və regionda davamlı sülhü təmin etmək məqsədilə BMT TŞ-nın müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistan qoşunları bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır. Ermənistan rəhbərliyi bu reallığı nə qədər tez dərk edərsə, bir o qədər də tez regionda sülh bərqərar olar", — deyə H.Hacıyev vurğulayıb.

71
Здание Министерства иностранных дел Азербайджанской Республики в Баку

Azərbaycanın xarici siyasət idarəsi Ermənistana cavab verdi

4
Azərbaycan humanizm prinsiplərindən çıxış edərək bu günədək saxlanılan ermənilərin bir hissəsini Ermənistana təhvil verib.

BAKI, 19 iyun - Sputnik. "Ermənistan Xarici İşlər Nazirliyi 2021-ci il 18 iyun tarixli bəyanatında ölkəmizi 44 günlük müharibə zamanı Ermənistan tərəfindən Azərbaycan ərazisində qanunsuz şəkildə döyüşən, müharibə cinayətləri, terror aktları törətməkdə, muzdlu kimi döyüşməkdə təqsirləndirilən şəxsləri mühakimə etməkdə ittiham edir. Ermənistan XİN-in bəyanatında “hərbi əsirlər” və “mülki şəxslər” kimi göstərilən şəxslər hərbi əməliyyatlar zamanı və əməliyyatların dayandırılması ilə bağlı üçtərəfli Bəyanat imzalandıqdan sonra Azərbaycan ərazisində qəsdən adamöldürmə, işgəncə, terrorçuluq və digər cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərdir. Əlbəttə, Azərbaycanın həm beynəlxalq hüquq, o cümlədən 1949-cu il Cenevrə konvensiyaları, muzdluların cəlb edilməsi, istifadəsi, maliyyələşdirilməsi və təliminə qarşı beynəlxalq Konvensiya, həm də yerli qanunvericiliyə əsasən bu şəxsləri məsuliyyətə cəlb etməyə həm hüququ, həm də beynəlxalq öhdəliyi var".

Sputnik Azərbaycan xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan XİN-in müvafiq bəyanatına dair şərhində yer alıb.

"Hazırda Azərbaycan tərəfində saxlanılan və istintaqa cəlb olunan ermənilərə gəldikdə, Ermənistan XİN-ə xatırladırıq ki, bu şəxslərdən bir qrupu 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanat imzalandıqdan sonra Azərbaycan ərazisinə daxil olan terrorçu qrupun üzvləridir və bu qrupun təxribatçı fəaliyyəti nəticəsində Azərbaycanın 4 hərbi qulluqçusu öldürülüb, bir mülki şəxs isə ağır yaralanıb. İttiham olunan erməni əsilli Livan vətəndaşı əcnəbi muzdlu qismində pul qarşılığında 44 günlük müharibə zamanı azərbaycanlı hərbçi və mülki şəxslərə qarşı döyüşlərdə iştirak edib. Digər iki erməni vətəndaşı isə hələ Birinci Qarabağ müharibəsi zamanı azərbaycanlı mülki şəxslərə və hərbçilərə işgəncə verməkdə ittiham olunan şəxslərdir.

Vurğulamaq istərdik ki, Azərbaycanda saxlanılan ermənilərin yerinin gizli saxlanılması ilə bağlı deyilən fikirlər tamamilə yalandır. Rəsmi açıqlamalarda artıq bildirildiyi kimi, Azərbaycan bu şəxslərin saxlanılma vəziyyəti ilə bağlı olan bütün tələbləri yerinə yetirib. Hətta Beynəlxalq Qırmızı Xaç Komitəsi, insan hüquqları üzrə müvəkkilin (ombudsman) saxlanılan şəxslərlə mütəmadi görüşləri təşkil edilib və bu şəxslərin səhhəti barədə tibbi sənədlər belə təqdim edilib.

Azərbaycan humanizm prinsiplərindən çıxış edərək bu günədək saxlanılan ermənilərin bir hissəsini Ermənistana təhvil verib.

Bunun qarşılığında isə Ermənistan tərəfinin addımları göz qabağındadır. Yalnız Ağdam üzrə mina xəritələrini Azərbaycana təhvil verən Ermənistan bu ölkənin yüksəksəviyyəli rəsmiləri tərəfindən açıq şəkildə etiraf edildiyi kimi, çoxsaylı mina xəritələrini gizlədir, Azərbaycana verməkdən imtina edir. Hələ Birinci Qarabağ müharibəsində itkin düşən 4 minədək azərbaycanlının taleyi barədə bu günədək heç bir məlumat verilməyib. Ərazilərimiz işğaldan azad olunduqdan sonra Kəlbəcər rayonunun Başlıbel kəndi ərazisində aşkar edilmiş kütləvi məzarlıq Ermənistan tərəfindən törədilən müharibə cinayətlərinin və Ermənistanın itkin düşmüş azərbaycanlılar barədə məlumatı gizlətdiyinin bariz sübutudur.

Ermənistan XİN-i beynəlxalq hüquq pozuntularından danışmağa başlamadan əvvəl Ermənistan Respublikasının 30 ilə yaxın müddət ərzində beynəlxalq hüquq prinsiplərini, xüsusilə də suverenlik və ərazi bütövlüyünə hörmətlə yanaşılması prinsipini tapdaladığını, bir milyonadək azərbaycanlının fundamental hüquqlarının kobud şəkildə pozduğunu göz önünə gətirməlidir"-, məlumatda qeyd olunub.

4
Чаглар Сеюнджю

Söyüncü: Türkiyə oyunçuları pley-off mərhələsinə çıxmaq üçün çüzi şansa ümid edirlər

3
(Yenilənib 20:04 19.06.2021)
Türkiyə millisi qrupda ilk iki yerdən birini tutmaq şansını itirib, lakin yenə də Avropa çümpionatının 1/8 mərhələsində oynamağa ümidi var

 

Türkiyə millisinin futbolçuları, şansları az olmasına rəğmən Avropa çümpionatının pley-off mərhələsinə çıxmağa ümid edirlər. Beə bir açıqlama ilə komandanın müdafiəçisi Çağlar Söyüncü çıxış edib.

Bazar günü türklər qrup mərhələsinin son turunda İsveçrə komandası ilə oynayacaqlar. İki oyundan sonra Türkiyə millisinin xalı yoxdur. Turnirdə mübarizəni davam etdirmək üçün yeganə variant öz qruplarında üçüncü yeri tutmuş dörd komanda siyahısına düşməkdir.

"Belə bir bir vəziyyətə düşdüyümüz və azarkeşləri məyus etdiyimiz üçün çox üzülürük. Lakin qarşıda son oyun var. Əlbəttə, biz 3 xal toplamış komandaların ən yaxşısı olmaq və mübarizəni davam etdirmək istərdik. Amma bizə bu da bəs etməsə belə, heç olmasa turniri yaxşı bitirmək istərdik. Bütün komanda anlayır ki, sabah bizim sonuncu şansımızdır, hətta ehtimal az olsa belə. Hamımız məyusuq, lakin hamımız bu şansı gözləyirik", - deyə Söyüncü mətbuat konfransında deyib.

3