Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ağdamdakı “N” saylı hərbi hissədə. Arxiv şəkli

MN:Müasir silah texnikanın alınması üçün külli miqdarda maliyyə vəsaiti ayrılacaq

33
MN: "Qarabağ separatçıları üçün müasir silah alınması məqsədilə 6,5 milyon dollar məbləğində maddi vəsaitin toplanılması barədə məlumatın yayılması sabun köpüyü effektindən başqa heç nəyə yaramır."

BAKI, 19 aprel-Sputnik. "Cəbhədəki son hadisələrdən sonra erməni tərəfinin fəallaşması ancaq təbliğat xarakteri daşıyır və həmişə olduğu kimi standart pafoslu xəbərlər sırasında yenə də "könüllülər", "diaspor", "varlı ermənilər" və digərlərinin adları hallanır".

Sputnik APA-ya istinadla xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən mətbuat xidmətindən erməni separatçılarına müasir silah alınması məqsədilə 6,5 milyon dollar məbləğində pul vəsaitinin toplanılması barədə məlumatı şərh edərkən bildiriblər.

MN-dən deyiblər ki, Qarabağ separatçıları üçün müasir silah alınması məqsədilə 6,5 milyon dollar məbləğində maddi vəsaitin toplanılması barədə məlumatın yayılması da sabun köpüyü effektindən başqa heç nəyə yaramır.

"Hamıya bəllidir ki, dünyanın müxtəlif ölkələrində məskunlaşan ermənilərin təşkil etdikləri marafonlar, xeyriyyə və digər tədbirlərdə topladıqları məbləğ nəinki yeni silahların alınmasına, heç səngərlərə zorla doldurulmuş könüllülərə bir qarın yemək verməyə və güllə almağa belə çatmaz.

Ermənilərin əksinə olaraq, Azərbaycanın iqtisadi potensialı Silahlı Qüvvələrimizi müasir dövrün tələblərinə uyğun təchiz etməyə, dünyada mövcud olan yeniliklərin, silah və texnikanın tətbiqinə imkan verir.

Son hadisələrdən sonra dövlət başçısı, Ali Baş Komandanımız ilk gündən etibarən Silahlı Qüvvələrə göstərilən diqqət və qayğının gündən-günə daha da yüksələn templə davam etdiriləcəyini bəyan edib. Onun tapşırığına əsasən, şəhidlərə, onların ailə üzvlərinə və yaralılara tələb olunan maddi, sosial yardımların, mənəvi dəstəyin göstərilməsi işi yerinə yetirilir. Bundan əlavə, bu günlərdə Ali Baş Komandanın xüsusi tapşırığına əsasən silah-sursatın, döyüş texnikasının yenilənməsi və əlavə döyüş ehtiyatlarının yaradılması, müasir silah və texnikanın alınması üçün külli miqdarda maliyyə vəsaiti ayrılacaq.

Görülən bu tədbirlər Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin, şəxsi heyətin mənəvi-psixoloji durumunun daha da yüksəlməsinə əlavə imkan verən əlavə stimul olacaq", — deyə məlumatda bildirilir.

33
Teqlər:
silahlı qüvvələr, Ali baş Komandan, Müdafiə Nazirliyi

Cəbhəyanı ərazilərdə onlarla tank piyada əleyhinə mina, bombacıqlar aşkarlandı

13
Mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

BAKI, 26 noyabr - Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Goranboy, Göygöl, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 38 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 7 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 45 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 71 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina, 42 ədəd piyada əleyhinə mina, 4 ədəd bombacıq və 40 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 26 ədəd mina və partlamamış hərbi sursat (PHS), 4 ədəd bombacıq zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

13
Məktəbdə dərs prosesi, arxiv şəkli

Ümumi təhsil pilləsi nələri əhatə edəcək?

7
(Yenilənib 23:41 25.11.2020)
Ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək.

BAKI, 25 noyabr — Sputnik. Azərbaycan Respublikasında ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən "Təhsil haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.

Qanuna əsasən, Ümumtəhsil məktəbi ibtidai, ümumi orta və tam orta məktəb formasında ayrı-ayrılıqda da təşkil oluna bilər.

Həmçinin, qanunda göstərilib ki, İbtidai təhsilin məqsədi təhsilalanlara oxu, yazı və hesablama bacarıqları, vətənpərvərlik və Azərbaycan xalqının dəyərlərinə, dövlət rəmzlərinə hörmət hissi aşılamaq, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin biliklər, şəxsiyyətin formalaşdırılmasına yönəlmiş həyati bacarıqlar, sadə əmək vərdişləri, məntiqi təfəkkür elementləri, bədii-estetik keyfiyyətlər və digər xüsusiyyətlər formalaşdırmaqdan ibarətdir.

Eyni zamanda ümumi orta təhsilin məqsədi təhsilalanlarda nitq, yazı və ünsiyyət mədəniyyətinin, sağlam həyat tərzinin formalaşdırılmasını, onların dövlətə və dövlətçiliyə, Azərbaycan xalqının dəyərlərinə və ümumbəşəri dəyərlərə sədaqət ruhunda tərbiyə olunmasını, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmasını, idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını, müvafiq təhsil proqramı üzrə əldə etdiyi bilikləri tətbiq etmək, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək, cəmiyyətdə baş verən hadisələri dəyərləndirmək, öz gələcək həyat yolunu və fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, müstəqil öyrənmə və qərar qəbuletmə bacarığını, peşə seçiminə və əmək fəaliyyətinə hazırlığını təmin etməkdən ibarətdir.

7