CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabah Astara çayı üzərində dəmiryolu körpüsünün təməli qoyulacaq

© livejurnal.ruDəmiryolu xətti
Dəmiryolu xətti - Sputnik Azərbaycan
Abunə olmaq
Təməlqoyma mərasimindən sonra Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədrlərinin görüşü keçiriləcək

BAKI, 19 apr — Sputnik. 20 aprel 2016-cı il tarixində Azərbaycan Respublikasının Astara şəhərində Astara çayı üzərində dəmiryolu körpüsünün təməlqoyma mərasimi keçiriləcək. Bu barədə Sputnik-ə İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Təməlqoyma mərasimindən sonra Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədrləri — Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayevin və İran İslam Respublikasının Rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin iştirakı ilə Azərbaycan-İran nümayəndə heyətlərinin görüşü keçiriləcək.

Görüşdə əməkdaşlığın genişləndirilməsi perspektivləri, o cümlədən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin səmərəliliyinin artırılması istiqamətində görüləcək işlər müzakirə ediləcək.

Xəbər lenti
0