Rəcəb Tayyib Ərdoğan Bakıya gəlir

© REUTERS / Murat CetinmuhurdarRəcəb Tayyib Ərdoğan
Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə Prezidenti BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak edəcək. Forum "İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd" devizi altında keçiriləcək.

BAKI, 18 apr — Sputnik. Aprelin 25-dən 27-nə kimi Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək. Sputnik bu barədə Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən xəbər verir.

Forum "İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd" devizi altında keçiriləcək. Azərbaycan Prezidentinin ötən il iyulun 24-də verdiyi sərəncamla BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.

Xəbər lenti
0