Lerikdə sel

Lerik sel suları altında qalıb

138
(Yenilənib 23:55 16.04.2016)
Bu gün axşam saatlarından başlayan leysan xarakterli yağış Lerik rayonunun bir sıra yaşayış məntəqələrində fəsadlara səbəb olub.

BAKI, 16 aprel-Sputnik. Bu gün axşam saatlarından başlayan leysan xarakterli yağış Lerik rayonunun bir sıra yaşayış məntəqələrində fəsadlara səbəb olub.

Sputnik-in məlumatına görə, Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikov APA-ya bildirib ki, sel suları əsasən rayonun Vizəzəmən, Şingədulan ərazi vahidliyinə daxil olan kəndlərin sakinlərinə ciddi ziyan vurub. Belə ki, ayrı-ayrı vətəndaşlara məxsus xeyli sayda qoyun-quzunu, ev quşlarını sel aparıb, Təbrizli kəndindəki körpü yarasız vəziyyətə düşüb.

Leysan həmçinin rayonun bir neçə hissəsində torpaq sürüşmələrinə səbəb olub.

Hazırda təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür, həmçinin dəymiş ziyan hesablanır.

138
“İnklüziv teatr” layihəsinin iştirakçıları ilə ilk görüş

"İnklüziv teatr" layihəsinin iştirakçıları ilə ilk görüş keçirilib

3
(Yenilənib 15:48 22.04.2021)
Teatrın "Yaradıcılıq studiyası"nın tərkibində fəaliyyətə başlayan "İnklüziv teatr" layihəsinin kollektivi ilə görüşlər və təlimlər əsasən onlayn şəkildə, pandemiyanın tələb etdiyi qaydalara əməl edilməklə aparılacaq.

BAKI, 22 aprel — Sputnik. Azərbaycan Dövlət Akademik Musiqili Teatrında UNESCO tərəfindən təsdiq edilən "İnklüziv teatr" layihəsi üçün onlayn kastinq yolu ilə seçilən eşitmə məhdudiyyətli uşaq və gənclərin iştirakı ilə teatr rəhbərliyinin ilk görüşü keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, görüşü giriş sözü ilə açan Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev burada fəaliyyət göstərən teatr studiyasının nəzdində yaradılan "İnklüziv teatr" barəsində tədbir iştirakçılarına ətraflı məlumat verdi, qarşıda duran vəzifələrdən danışdı və yadıcı heyətə uğurlar arzuladı.

Daha sonra o, teatr studiyasının bədii rəhbəri görkəmli teatr və kino aktrisası, Xalq artisti Şəfiqə Məmmədovanın salamlarını toplaşanlara yetirdi. Layihənin baş prodüseri, teatrın beynəlxalq layihələr üzrə koordinatoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəcəb Məmmədov, tanınmış aktyor, Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar incəsənət xadimi, rejissor Əsgər Əsgərov da "İnklüziv teatr" haqqında öz fikirlərini görüş iştirakçıları ilə bölüşdülər.

© Photo : Azerbaijan State Academic Musical Theatre
“İnklüziv teatr” layihəsinin iştirakçıları ilə ilk görüş

"İnklüziv teatr" layihəsində iştirak etmək üçün seçilən gənclər arasında "Səssiz dünya" işarət dilində danışan əlillərə və idmançılara dəstək ictimai birliyinin təsisçisi, videobloger, vayner, müxtəlif maarifləndirici sosial çarxların müəllifi kimi yaxşı tanınan Mahmud Səfərov və həmin ictimai birliyin sədri Aida Səfərova layihə iştirakçıları adından bu maraqlı işə görə öz təşəkkürlərini bildirdilər. Qeyd olundu ki, bu layihədə həmin birliyin üzvləri üstünlük təşkil edirlər.

Bakı Uşaq və Gənclər Teatrının aktyoru, tanınmış illüziyaçı Tofiq İsgəndərli də görüşdə çıxış edərək yaradıcı kollektivə uğurlar arzuladı, bu humanist və gözəl layihədə yaxından iştirak edəcəyini və öz dəstəyini əsirgəməyəcəyini bir daha xatırlatdı.

Qeyd edək ki, teatrın "Yaradıcılıq studiyası"nın tərkibində fəaliyyətə başlayan "İnklüziv teatr" layihəsinin kollektivi ilə görüşlər və təlimlər əsasən onlayn şəkildə, pandemiyanın tələb etdiyi qaydalara əməl edilməklə aparılacaq.

3
Hindistanda epidemioloji vəziyyət

Bu ölkə gündəlik COVID-19-a yoluxma sayına görə rekord vurdu

4
(Yenilənib 15:42 22.04.2021)
Halbuki bu ölkə peyvənd tətbiqinə görə bütün dünyada üçüncü yeri tutur və indiyə kimi 132 milyondan çox insan vaksinasiya olunub.

BAKI, 22 aprel — Sputnik. Hindistan Səhiyyə Nazirliyindən verilən məlumata görə, bu ölkədə son 24 saatda koronavirusa 314 min 835 yeni yoluxma halı qeydə alınıb. Beləliklə, Hindistan bu ilin yanvar ayında ABŞ-da qeydə alınan göstəricini keçərək dünyada antirekord vurub. Bu barədə Sputnik Azərbaycan Anadolu Agentliyinə istinadla məlumat yayıb. Son sutka ərzində Hindistanda COVID-19-dan ölənlərin sayı isə 2 min 104 nəfər olub. Nəticədə ümumilikdə bu ölkədə koronavirus qurbanlarının sayı 184 min 657-yə çatıb.

Türkiyədə epidemioloji vəziyyət
© AFP 2021 / ADEM ALTAN

Xəstəlikdən sağalanların sayı isə 13 milyon 454 min 880 nəfər olub. Hazırda 2 milyon 291 min 413 nəfərin müalicəsi davam edir.

Mütəxəssislərin sözlərinə görə, artıq xəstəxanalarda virusa yeni yoluxanları qəbul etməyə yer yoxdur və tezliklə ölkənin səhiyyə sistemi çökəcək.

Əhalisinin sayı 1,4 milyard nəfər olan ölkədə hazırda koronavirusa qarşı vaksinasiya prosesi davam edir. Səhiyyə Nazirliyi indiyə kimi 132 milyon 330 min 644 doza peyvənd tətbiq olunduğunu bildirib.

Peyvənd məlumatlarının əks olunduğu "Ourworldindata.org" internet saytınında yer alan məlumata görə, Hindistan ABŞ və Çindən sonra dünyada ən çox peyvənd tətbiq olunan 3-cü ölkədir.

 

4
Mövzu:
Yeni tip koronavirus pandemiyası