Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Sonuncu Sovet İttifaqı Qəhrəmanının böyük şücaəti - bu gün

© SputnikOleq Babak, SSRİ DİN Daxili Qoşunlarının leytenantı
Oleq Babak, SSRİ DİN Daxili Qoşunlarının leytenantı - Sputnik Azərbaycan
Abunə olmaq
Ukrayna və Rusiya Federasiyasında araşdırmalar aparan CBC-nin yaradıcı qrupu hadisə iştirakçıları və şahidlərlə görüşlərdə döyüş barədə ilk dəfə olaraq bir çox faktları əldə ediblər.

BAKI, 15 apr — Sputnik. Bu gün Bakı vaxtı ilə saat 21:00-da ilk dəfə olaraq CBC telekanalında, öz həyatı bahasına azərbaycanlı dinc sakinləri erməni silahlılarının təcavüzündən xilas edən, SSRİ DİN Daxili Qoşunlarının leytenantı, sonuncu Sovet İttifaqı Qəhrəmanı Oleq Babakın həlak olmasının 25-ci ildönümünə həsr olunan "Həyat naminə" sənədli filmi nümayiş olunacaq.

Sputnik xəbər verir ki, 1991-ci il aprelin 7-də Ermənistanın Gorus və Qafan rayonları istiqamətindən erməni terrorçu birləşmələrinin Qubadlı rayonu Yuxarı Cibikli kəndinə növbəti hücumu zamanı 24 yaşlı zabit Oleq Babak erməni silahlıları ilə qeyri-bərabər döyüş aparıb. Azərbaycanın dinc sakinlərini xilas edən leytenant Babak təxminən 2 saat davam edən atışma zamanı kəndə hücumun qarşısını alaraq 30-a yaxın erməni terrorçusunu məhv edib. Bu zaman Oleq Babakın keçmiş silahdaşı, milliyyətcə erməni hərbçinin rəhbərlik etdiyi terrorçu dəstə gənc zabiti mühasirəyə alıb, onu arxadan güllələməklə xaincəsinə qətlə yetirib.

Ukrayna və Rusiya Federasiyasında araşdırmalar aparan CBC-nin yaradıcı qrupu hadisə iştirakçıları və şahidlərlə görüşlərdə döyüş barədə ilk dəfə olaraq bir çox faktları əldə ediblər. Bu və digər faktlar CBC-nin "Həyat naminə" sənədli filmində təqdim olunacaq.

Xəbər lenti
0