Mərkəzi Seçki Komissiyası

Bu da Mərkəzi Seçki Komissiyasının yeni tərkibi

163
MSK-nın 2010-cu ildə formalaşdırılan tərkibinə dəyişiklik edilib. Tamam Cəfərovanın və Akif Qurbanovun adları çıxarılıb, onların əvəzinə siyahıya Hüseyn Paşayev və İlkin Şahbazovun adları əlavə olunub

BAKI, 15 apr — Sputnik. Bu gün Milli Məclisin plenar iclasında Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi haqqında Milli Məclisin qərarına baxılıb və təsdiq edilib. Sputnik xəbər verir ki, siyahıda Məzahir Pənahov, Natiq Məmmədov, Arifə Muxtarova, Mikayıl Rəhimov, Fuad Cavadov, Şaitdin Əliyev, Ramiz İbrahimov, Validə Kazımova, İlham Məmmədov, Nizami Nadirov, Qabil Orucov, Azər Tağıyev, Bəxşeyiş Əsgərov, Etibar Quliyev, Tofiq Həsənov, Almas Qəhrəmanlı, Hüseyn Paşayev və İlkin Şahbazovun adları var.

MSK-nın 2010-cu ildə formalaşdırılan tərkibindən Tamam Cəfərovanın və Akif Qurbanovun adları çıxarılıb, onların əvəzinə siyahıya H.Paşayev (YAP) və İ.Şahbazovun (Sosial Rifah Partiyası) adları əlavə olunub. Qərar layihəsi səsə qoyularaq təsdiqlənib.

163
Teqlər:
tərkib, siyahı, MSK, Mərkəzi Seçki Komissiyası, Milli Məclis
Əlaqədar
Bu gün MSK-nın yeni tərkibi təsdiqlənəcək
MSK-nın yeni tərkibi kimlərdən ibarət olacaq?
MSK-ya yeni sədr təyin olundu
Aldığı ianə barədə MSK-ya məlumat verməyən partiya cəzalandırılacaq
MSK deputatlığa namizədlərin müraciətinə baxıb
MSK yekun protokolun tərtib edilməsi barədə qərar verib

Azərbaycanın Baş naziri Moskvaya dəvət olundu

0
Mixail Mişustin Əli Əsədovu Rusiya Federasiyasına rəsmi səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul edilib.

BAKI, 20 aprel - Sputnik. Bu gün Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova telefonla zəng edib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatında deyilir. Telefon danışığı əsnasında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin artmasından və qarşılıqlı tədarük olunan məhsul çeşidinin genişlənməsindən məmnunluq ifadə edilib.

Hacıqabul sənaye məhəlləsində "GAZel-NEXT" və "GAZon NEXT" kommersiya yük maşınlarının yığım istehsalı zavodunun istismara verilməsi məmnuniyyətlə vurğulanıb. Həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.

Mixail Mişustin Əli Əsədovu Rusiya Federasiyasına rəsmi səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul edilib.

0
Teqlər:
rəsmi səfər, dəvət, Əli Əsədov, Mixail Mişustin, Azərbaycan, Rusiya
Cem Yılmaz, arxiv şəkli

Cem Yılmazın çəkdiyi serial "Netflix"də yayımlanacaq

3
(Yenilənib 21:52 20.04.2021)
Ekran işində Uraz Kayqılaroğlu, Nilperi Şahinkaya, Zafer Algöz, Çağlar Çorumlu, Ezgi Mola və Merve Dizdar kimi məşhurlar rol alacaqlar.

BAKI, 20 aprel — Sputnik. "Netflix"də yayımlanması planlaşdırılan "Erşan Kuneri" serialının aktyor heyəti bəlli olub.

Sputnik Azərbaycan xəbər verir ki, ekran işində Uraz Kayqılaroğlu, Nilperi Şahinkaya, Zafer Algöz, Çağlar Çorumlu, Ezgi Mola və Merve Dizdar kimi məşhurlar rol alacaqlar.

Qeyd edək ki, serialı şoumen Cem Yılmaz ərsəyə gətirir.

3
Teqlər:
Netflix şirkəti, Cem Yılmaz, Türkiyә, serial