CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Belə zəlzələlər barədə qabaqcadan ictimaiyyətə xəbər vermək doğru deyil"

© AFP 2023 / Richter magnitude scaleEarthquake
Earthquake - Sputnik Azərbaycan
Abunə olmaq
AMEA əməkdaşı Rusiyalı həmkarına gözlənən zəlzələ barədə xəbər verməyi irad tutdu.

BAKI, 14 aprel-Sputnik. "Uzun müddət sonra olacaq zəlzələlərin proqnozlarını cəmiyyətə açıqlamaq, informasiya vermək düzgün deyil". 

Sputnik Report-a istinadla xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

Earthquake - Sputnik Azərbaycan
Rusiyadan Azərbaycanla bağlı qorxunc proqnoz

O bildirib ki, qısa zaman ərzində olan zəlzələlərin yerini, vaxtını və gücünü vermək olar: "Uzun müddət əvvələ verilən proqnozlar elmi araşdırmalar üçündür.

Elə proqnozları cəmiyyətə açıqlamaq, informasiya vermək düzgün deyil. Çünki həmin proqnoz səhv də çıxa bilər, bəs onda necə olsun?! İnsanları təşvişə salmaq, çaşqınlıq yaratmaq olmaz.

2000-ci il noyabrın 25-də baş verən zəlzələnin proqnozunu aprelin 27-də rəsmi məktub formasında müvafiq qurumlara bildirmişdik. Biz dəqiq vaxt bilmirdik, sadəcə gözləyirdik ki, belə hadisə ola bilər. Əvvəlcədən xəbər verəndə millət neynəməlidir ki…"

Yaxın vaxtlarda Azərbaycan ərazisində gözlənilən zəlzələlərə münasibət bildirən Q.Yetirmişli bildirib ki, Azərbaycanda hazırda seysmoloji vəziyyət demək olar fon səviyyəsindədir, elə güclü aktivlik yoxdur:

"Fon səviyyəsində zəlzələlər daimi olur. Məsələn, bu gecə 8-9 zəlzələ qeydə alınıb, iki təkan Xəzər dənizində olub. Amma hamısı zəif təkanlardır. Yəni güclü aktivlik gedən bölgə yoxdur, hamısı fon səviyyəsində gedən zəlzələlərdir. Seysmoloji bölgədə belə zəlzələlərin olması normaldır.

Qeyd edək ki, Rusya Elmlər Akademiyasının Yer Fizikası İnstitutunun direktor müavini Yevgeni Roqojin bildirib ki, 2016-2017-ci illərdə Azərbaycanla Dağıstan sərhəddində qorxunc zəlzələ olacaq.

"Bizim proqnoza görə, zəlzələnin maqnitudası 6-6,5 bal olacaq, bu da 7-8 bal deməkdir" — deyə Roqojin bildirmişdi.

Xəbər lenti
0