İslam Əməkdaşlıq Təşkilatı

İslam Əməkdaşlıq Təşkilatının 13-cü Zirvə toplantısı başladı

77
Sammitin gedişində "Ədalət və sülh üçün birlik və həmrəylik" mövzusunda Fələstin, Suriya, Yəmən, Liviya, Əfqanıstandakı vəziyyət, eləcə də Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq

BAKI, 14 apr — Sputnik. Bu gün Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 13-cü Zirvə toplantısı başlayıb. Sputnik xəbər verir ki, sammitin plenar iclası "Qurani-Kərim"in oxunması ilə başlayıb.

Sammitin gedişində "Ədalət və sülh üçün birlik və həmrəylik" mövzusunda Fələstin məsələsi, Suriya, Yəmən, Liviya, Əfqanıstan, Somali, Mali, Cammu və Kəşmir, Bosniya-Herseqovinadakı vəziyyət, eləcə də Ermənistanın Azərbaycana qarşı təcavüzü kontekstində Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq.

Sammitin yekununda İstanbul bəyannaməsinin imzalanacağı, eləcə də strukturun beynəlxalq arenada siyasi prioritetlərini müəyyən edəcək bir sıra qətnamələrin qəbul ediləcəyi gözlənilir. İƏT üzvü olan dövlətlərin birinci xanımları sammit çərçivəsində "İƏT-ə üzv dövlətlərdə xərçəng xəstəliyinə qarşı mübarizədə birinci xanımların liderliyi" mövzusunda xüsusi iclas keçirəcək.

Sammitin ardından İƏT ölkələrin xarici işlər nazirlərinin və yüksək vəzifəli şəxslərin görüşü keçiriləcək və onlar yekun kommünikeni və İstanbul bəyannaməsini hazırlayacaq. Qeyd edək ki, sammitdə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki münaqişə ilə bağlı "Təmas qrupu"nun təsdiqlənəcəyi gözlənilir.

Xatırladaq ki, zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir.

77
Teqlər:
sülh, ədalət, İstanbul, İslam Əməkdaşlıq Təşkilatı, İslam
Əlaqədar
Avropa yeni İslam yaratmağa hazırlaşır
İslam ordusunun ilk görüntüləri ortaya çıxıb
"İslam ordusu" 200 min əsgərlə manevrə başlayıb
ABŞ prezidentliyinə namizəd İslam əleyhinə skandal reklam hazırlatdı
İslam koalisiyası Rusiyaya qarşı yaradılmayıb