Earthquake

Rusiyadan Azərbaycanla bağlı qorxunc proqnoz

1418
Azərbaycanda 7-8 bal gücündə zəlzələ gözlənilir.

BAKI, 13 aprel-Sputnik. 2016 və 2017-ci illərdə Dağıstan yaxınlığında 6,5 bal gücündə zəlzələ gözlənilir.

Sputnik-in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Yer Fizikası İnstitutunun direktor müavini Yevgeni Roqojin bildirib.

O deyib ki, proqnoz Şərqi Qafqaz üzrədir. Bu, Azərbaycanla Dağıstan sərhəddidir. Zəlzələ ya bu il, ya da gələn il ola bilər.
"Bizim proqnoza görə, zəlzələnin maqnitudası 6-6,5 bal olacaq, bu da 7-8 bal deməkdir" — deyə Y.Roqojin söyləyib.

Onun sözlərinə görə, Rusiya Fövqəladə Hallar Nazirliyi artıq bundan xəbərdardır və yerli hakimiyyətin hələ ki, təkanlara tab gətirməyəcək binaları bərkitmək üçün vaxtı var.

1418
Teqlər:
Yevgeni Roqojin, Rusiya Fövqəladə Hallar Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Elmlər Akademiyası, Rusiya, Azərbaycan, Dağıstan, zəlzələ
Əlaqədar
Tayvanda zəlzələ nəticəsində 100-dən çox itkin düşən var
Yaponiyada 5,5 bal gücündə zəlzələ oldu
Yaponiya sahillərində 7,0 bal gücündə zəlzələ baş verib
Azərbaycanın cənub rayonlarında da zəlzələ baş verib
Zəlzələ Şəkidə 200-dən çox evə ziyan vurub