Mərkəzi Seçki Komissiyası

MSK-nın yeni tərkibi kimlərdən ibarət olacaq?

49
(Yenilənib 15:00 12.04.2016)
Siyahıda Məzahir Pənahov, Natiq Məmmədov, Arifə Muxtarova, Mikayıl Rəhimov, Fuad Cavadov, Şaitdin Əliyev, Ramiz İbrahimov, Validə Kazımova, İlham Məmmədov, Nizami Nadirov, Qabil Orucov, Azər Tağıyev və başqalarının adları var

BAKI, 12 apr — Sputnik. Milli Məclisdə təmsil olunan bütün siyasi partiyalar və bitərəf deputatlar Mərkəzi Seçki Komissiyasında (MSK) təmsil olunacaq nümayəndələrinin siyahısını parlamentə təqdim ediblər.

RF MSK sədri Ella Pamfilova
© Sputnik / Алексей Филиппов

Sputnik Trend-ə istinadən xəbər verir ki, siyahıda Məzahir Pənahov, Natiq Məmmədov, Arifə Muxtarova, Mikayıl Rəhimov, Fuad Cavadov, Şaitdin Əliyev, Ramiz İbrahimov, Validə Kazımova, İlham Məmmədov, Nizami Nadirov, Qabil Orucov, Azər Tağıyev, Bəxşeyiş Əsgərov, Etibar Quliyev, Tofiq Həsənov, Almas Qəhrəmanlı, Hüseyn Paşayev və İlkin Şahbazovun adları var.

MSK-nın 2010-cu ildə formalaşdırılan tərkibindən Tamam Cəfərovanın və Akif Qurbanovun adları çıxarılıb, onların əvəzinə siyahıya H.Paşayev (YAP) və İ.Şahbazovun (Sosial Rifah Partiyası) adları əlavə olunub.

Məsələ Milli Məclisin aprelin 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

49
Teqlər:
Məzahir Pənahov, Mərkəzi Seçki Komissiyası, plenar iclas, MSK, Milli Məclis, siyahı
Əlaqədar
Aldığı ianə barədə MSK-ya məlumat verməyən partiya cəzalandırılacaq
MSK deputatlığa namizədlərin müraciətinə baxıb
MSK yekun protokolun tərtib edilməsi barədə qərar verib
MSK Milli Məclisə seçkilərlə əlaqədar son müraciətə baxıb
MSK narazı namizədlərin müraciətlərinə baxıb
Bakıda velosipedçilər, arxiv şəkli

Velosiped yolları ilə bağlı konsepsiya hazırlanıb

0
O, həmçinin əlavə edib ki, bununla yanaşı, tramvay yolları da artıq baş planda əksini tapıb və BNA tərəfindən bu istiqamətdə də işlər həyata keçirilməkdədir.

BAKI, 25 noyabr — Sputnik. Bakı şəhərində alternativ nəqliyyat növləri sayılan velosiped yollarının və tramvay xətlərinin inkişaf etdirilməsi nəzərdə tutulur.

Sputnik Azərbaycan xəbər verir ki, bunu "Caspian Energy Club"un təşkilatçılığı ilə keçirilən "Online Baku City Forum"da çıxış edən Bakı Nəqliyyat Agentliyinin (BNA) Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov deyib.

Onun sözlərinə görə, velosiped yolları ilə bağlı böyük bir konsepsiya hazırlanıb ki, bu da avtobus zolaqları ilə yanaşı, Bakı şəhərinin baş planına inteqrasiya edilib.

"Yaxın zamanlarda Bakı şəhərinin mərkəzində biz velosiped zolaqları ilə bağlı konkret əməli işlərin şahidi ola biləcəyik", - deyə T.Səfərov qeyd edib.

O, həmçinin əlavə edib ki, bununla yanaşı, tramvay yolları da artıq baş planda əksini tapıb və BNA tərəfindən bu istiqamətdə də işlər həyata keçirilməkdədir.

0
Teqlər:
Bakı şəhəri, velosiped, BNA
Bakıda yerüstü piyada keçidi, arxiv şəkli

BNA yeraltı yerüstü keçidlərə qarşıdır

1
(Yenilənib 17:54 25.11.2020)
BNA ümumiyyətlə şəhər daxilində bu tip keçidlərin təşkilinin əleyhinədir: "Bu, bizim yanaşmamızdır. Biz daha çox nizamlanan piyada keçidlərini təşkil etməyə çalışırıq".

BAKI, 25 noyabr — Sputnik. Növbəti il üçün Bakı şəhərində üst piyada keçidlərin işıqlandırılması məsələsi tədbirlər planına daxil edilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Caspian Energy Club"un təşkilatçılığı ilə keçirilən "Online Baku City Forum"da çıxış edən Bakı Nəqliyyat Agentliyinin (BNA) Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov deyib.

Onun sözlərinə görə, yeraltı və yerüstü piyada keçidlərinə gəldikdə, BNA ümumiyyətlə şəhər daxilində bu tip keçidlərin təşkilinin əleyhinədir: "Bu, bizim yanaşmamızdır. Biz daha çox nizamlanan piyada keçidlərini təşkil etməyə çalışırıq".

1
Teqlər:
yeraltı keçid, yerüstü keçid, BNA