Neft tankeri

Rusiya Azərbaycan üçün iki tanker inşa edəcək

45
Müqaviləyə uyğun olaraq, tankerlər 2016-2017-ci illər ərzində sifarişçiyə veriləcək.

BAKI, 11 apr — Sputnik. Rusiyanın "Krasnoye Sormovo" gəmiqayırma zavodu və Azərbaycanın "Caspian Marine Services Limited" şirkəti RST27 layihəli iki tankerin inşası və tədarükü üzrə müqavilə imzalayıb.

Bu barədə Trend zavodun saytına istinadən məlumat verir. Müqaviləyə uyğun olaraq, tankerlər 2016-2017-ci illər ərzində sifarişçiyə veriləcək.

45
Teqlər:
tanker, "Caspian Marine Services Limited", "Krasnoye Sormovo", Rusiya
Əlaqədar
"General Şıxlinski" tankerində yanğın
Çanaqqala boğazında kruiz layneri tankerlə toqquşub, yaralananlar var
Rusiya hərbi gəmisi Çanaqqala boğazından keçərək Mərmərə dənizinə yön alıb
Dənizdə iki gəmi batdı
Rusiyanın hərbi gəmiləri Bakıya gələcək
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, arxiv şəkli

Çavuşoğlu Rusiyaya gedəcək

2
"Biz turizm nazirimizlə Rusiyaya gedəcəyik. Ancaq koronavirus göstəriciləri aşağı olan halda. İndi mənası yoxdxur. Biz inandırıcı görükməyəcəyik".

BAKI, 20 aprel - Sputnik. Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, ölkəsində koronavirusla bağlı vəziyyət normallaşan kimi uçuşların bərpasının müzakirəsi üçün Rusiyaya gedəcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, Türkiyədə ötən cümə günü pandemiya başlayandan bəri sutka ərzində ən yüksək yoluxma (63082), bu həftənin çərşənbə axşamı isə sutka ərzində ən çox ölüm (346) faktı qeydə alınmışdı. Türkiyədə ağır pandemiya şəraitinə görə Rusiya bu ölkə ilə aprelin 15-dən iyunun 1-dək aviaəlaqəni dayandırıb.

"Türkiyədə koronavirusa yoluxma hallarının artması səbəbindən Rusiya uçuşları məhdudlaşdırdı. İki ölkənin prezidentləri bunu müzakirə etdilər və belə bir qərar alındı, burada siyasət yoxdur. Ancaq biz əlavə məhdudiyyətlər tətbiq etdik. Əgər onları pozsaq, nəticə əldə edə bilmərik, o zaman bizim turizm risk altına düşər", - Çavuşoğlu Habertürk kanalının efirində deyib.

Onun sözlərinə görə, tezliklə Rusiyadan olan nümayəndələr turizm sahəsində təhlükəsizliyi qiymətləndimək üçün Türkiyəyə gələcəklər. 

"Sonra isə biz turizm nazirimizlə Rusiyaya gedəcəyik. Ancaq koronavirus göstəriciləri aşağı olan halda. İndi mənası yoxdxur. Biz inandırıcı görükməyəcəyik. Ramazan ayı ərzində bu göstəriciləri azaltmalıyıq", - Çavuşoğlu əlavə edib.

2
Teqlər:
səfər, Rusiya, Türkiyə, Mövlüd Çavuşoğlu
Yanğın şlanqı, arxiv şəkli

Bakının mərkəzində çaxnaşma: dördmərtəbəli binada yanğın oldu

3
(Yenilənib 00:19 21.04.2021)
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunublar.

BAKI, 21 aprel - Sputnik. Bakının mərkəzində yanğın olub.

Sputnik Azərbaycan bildirir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 4 ünvanında yerləşən dördmərtəbəli binada yanğın olması barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunublar. Yanğın söndürülüb.

 

3
Teqlər:
yanğın, Bakı