QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Hərbçilərin meyitləri qoşunların təmas xəttində qaytarılıb

© Flickr / Marco FieberАгдамский район Азербайджана. Архивное фото
Агдамский район Азербайджана. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində son döyüş əməliyyatları zamanı həlak olmuş hərbçilərin meyitləri tərəflərə qaytarılıb.

BAKI, 10 apr — Sputnik. Bu gün aidiyyəti beynəlxalq təşkilatların vasitəçiliyi ilə əldə edilmiş qarşılıqlı razılaşmaya uyğun olaraq, Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hərbi əməliyyatlar zamanı hər iki tərəfin nəzarətində qalmış hərbçilərin meyitləri qoşunların təmas xəttində qaytarılıb.

Sputnik-in xəbərinə görə, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Məlumatda bildirilir ki, proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən, Beynəlxalq Qızıl Xaç Komitəsinin və ATƏT-in vasitəçiliyi ilə həyata keçirilib. Proses zamanı qarşı tərəf atəşkəs rejimini pozub.

Müvafiq prosedurlar başa çatdıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.

Xəbər lenti
0