CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hindistanda Maykl Ceksonun heykəli ucaldılıb

© izmodo.inMaykl Cekson
Maykl Cekson - Sputnik Azərbaycan
Abunə olmaq
3 metr hündürlüyü olan heykəl bütöv qara qranitdən hazırlanıb.

BAKI, 9 aprel-Sputnik. Hindistanın Çennai şəhərində məşhur müğənni Maykl Ceksonun heykəli ucaldılıb.

Sputnik-in məlumatına görə, 3 metr hündürlüyü olan heykəl bütöv qara qranitdən hazırlanıb. Heykəlin üzərində 6 heykəltəraş 45 gün ərzində işləyib. 

Maykl Ceksonun heykəlini onun pərəstişkarı Çandrasekaran sifariş verib. Onun sözlərinə görə, bu heykəlin Maykl Ceksonun yaşadığı malikanənin həyətində ucaldılmasını istəyib. Bu barədə məşhur ulduzun ailəsinə məktub yazsa da, fanatı M.Ceksonun ailəsindən cavab gəlmədiyini görüb, heykəli doğma şəhərində ucaldıb. Heykəl məşhur hind rejissor və aktyoru Prabxa Devanın himayə etdiyi Vels Universitetinin həyətində yerləşdirilib.

Heykəlin açılışında Hindistanın tanınmış aktyorları çıxış edib, Maykl Ceksonun şərəfinə hind rəqsləri ifa ediblər.

Qeyd edək ki, heykəlin ümumi çəkisi 3,5 tondur.

Maykl Cekson 2009-cu ilin iyununda propofol preparatını artıq dozada qəbul etdiyi üçün vəfat edib.

Xəbər lenti
0