Dmitri Roqozin və Dmitri Medvedev

Dmitri Medvedev Dmitri Roqozin Bakıya gəliblər

96
(Yenilənib 11:53 08.04.2016)
Rusiya rəsmiləri Azərbaycan rəsmiləri ilə Qarabağ bölgəsində son günlər baş verən gərginliyi, münaqişənin tənzimlənmə yollarını müzakirə edəcəklər.

BAKI, 8 aprel-Sputnik. Bu gün Rusiyanın baş naziri Dmitri Medvedev Azərbaycana rəsmi səfərə gəlib.

Sputnik xəbər verir ki, Medvedyev səfər zamanı Azərbaycan rəsmiləri ilə görüşəcək. Görüşdə Ermənistan-Azərbaycan münaqişəsi, Qarabağ bölgəsində son günlər baş verən gərginlik, münaqişənin tənzimlənmə yolları müzakirə ediləcək.

Medvedevi Rusiya baş nazirinin müavini Dmitri Roqozin və digər rəsmi şəxslər müşayiət edirlər.

Qeyd edək ki, Medvedev ötən gün Ermənistanda səfərdə olub. O, Ermənistan preziodenti Serj Sarkisyanı ən yaxın zamanda qəbul oluna biləcək Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə dair təkliflərini müzakirə etməyə çağırıb.

O, Dağlıq Qarabağ münaqişəsinin həllində sülh danışıqlarından başqa alternativin olmadığını qeyd edib.

96
Teqlər:
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ, Ermənistan-Azərbaycan, Rusiyanın baş naziri Dmitri Medvedev, Rusiya Baş nazirinin birinci müavini Dmitri Roqozin, Dmitri Roqozin, Dmitri Medvedev
Əlaqədar
Azərbaycan, İran və Rusiya xarici işlər nazirləri nədə razılığa gəliblər?
Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin üçtərəfli görüşü başladı
Azərbaycan və Rusiya baş nazirləri arasında telefon danışığı olub
Rusiya XİN rəhbəri Bakıdadır
Rusiya Qarabağdakı gərginliklə bağlı digər həmsədrlərlə məsləhətləşmələrə başlayıb