Əhməd Davudoğlu - Türkiyənin baş naziri

Əhməd Davudoğlu: Rusiya Ermənistan bizi Minsk qrupunda görmək istəmir

191
(Yenilənib 10:52 08.04.2016)
Türkiyənin baş naziri: Biz hazırda ATƏT-ə sədrlik edən Almaniyanın məsələyə qarışması təşəbbüsü ilə çıxış etmişik.

BAKI, 8 aprel-Sputnik. "Biz ATƏT-in Minsk Qrupunun üzvüyük. Lakin faktiki olaraq üç həmsədr bu işlə məşğuldur və digər üzvlər prosesdən kənarda qalıb. Halbuki, hər üç ölkə erməni lobbisinin çox güclü olduğu ölkələrdir. Yəni, burada balans yoxdur".

Sputnik-in məlumatına görə, Türkiyənin baş naziri Əhməd Davudoğlu bu sözləri Finlandiyadan qayıdarkən jurnalistlərin "Ermənistan-Azərbaycan münaqişəsində Türkiyə hansı addımları ata bilər? Minsk Qrupu həmsədrliyinin tərkibinin dəyişməsinin zəruriliyinə inanırsınızmı?" sualına cavabında deyib.

Davudoğlu bildirib ki, Türkiyənin və digər ölkələrin prosesə qoşulmasını Rusiya və Ermənistan istəmir: "Biz hazırda ATƏT-ə sədrlik edən Almaniyanın məsələyə qarışması təşəbbüsü ilə çıxış etmişik.

Minsk Qrupunun bütün üzvləri bu prosesdə iştirak etməlidir. Son toqquşmalara gəldikdə isə, biz Azərbaycanın yanındayıq. Azərbaycana yönəlmiş hər təhdid Türkiyəyə yönəlib. Azərbaycanın ərazi bütövlüyü və taleyi bizim taleyimizdir".

191
Teqlər:
Türkiyə baş naziri Əhməd Davudoğlu, Azərbaycan, Finlandiya, Almaniya, Ermənistan, Rusiya, Türkiyə, ATƏT-in Minsk qrupu, ATƏT
Mövzu:
Türkiyədə hökumət böhranı (4)
Əlaqədar
Rusiya XİN: Minsk qrupunun formatının dəyişdirilməsinə ehtiyac yoxdur
Araz Əzimov: ATƏT-in Minsk Qrupu fəaliyyətini aktivləşdirməlidir
ATƏT Minsk Qrupu mənasız təşkilata çevrilib
Ermənistan prezidenti ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb
ABŞ səfiri: Minsk Qrupunun həmsədrləri səylərini artırıb
Avropa Liqasının qrup mərhələsinin 2-ci tutu çərçivəsində Qarabağ - Vilyareal matçı

"Qarabağ" azarkeşlərini məyus etdi

31
(Yenilənib 23:52 29.10.2020)
Azərbaycanın "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

BAKI, 29 oktyabr — Sputnik. "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, görüş Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutub.

Komandalar oyunun birinci hissəsini heç-heçə başa vurublar. İkinci hissədə isə "Qarabağ"ın oyunçusu Kvabena Ovusu fərqlənib. O, 78-ci dəqiqədə hesabı açıb. Lakin Ağdam klubunun azarkeşlərinin sevinci uzun çəkməyib. 2 dəqiqə sonra "Vilyarreal" Yeremi Pinonun vurduğu qolla hesabı bərabərləşdirib. Matçın 84-cü dəqiqəsində Pako Alkaser Ağdam klubunu cəzalandırıb. "Vilyarreal" ikinci qolla önə çıxıb. 

Oyuna əlavə edilən dəqiqələrdə "Vilyarreal" 3-cü topu "Qarabağ"ın qapısından keçirib. Üçüncü topu da 90+6-cı dəqiqədə penaltidən Pako Alkaser vurub.

Beləliklə, "Qarabağ"-"Vilyarreal" matçında oyun ispan klubunun qələbəsi ilə başa çatıb.

Bu oyunun nəticəsi olaraq xallarını 6-ya çatdıran "Vilyarreal" qrupda liderliyini möhkəmlədib. "Qarabağ" isə 1 xalla 3-cü pillədə qalıb.

31
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop

Azərbaycan Türkiyə spikerləri: "Bu iki qardaş xalq həmişə bir-birinin yanında olacaq"

19
(Yenilənib 23:27 29.10.2020)
Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop Türkiyənin bundan sonra da Azərbaycanın yanında olacağını və Azərbaycan torpaqlarının tezliklə tamamilə düşmən tapdağından azad olunacağı günü səbirsizliklə gözlədiklərini diqqətə çatdırıb.

BAKI, 29 oktyabr — Sputnik. Oktyabrın 29-da Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopla telefonla danışıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Milli Məclisin Sədri türkiyəli həmkarına 29 oktyabr - Cümhuriyyət Günü münasibətilə təbriklərini çatdırıb, qardaş türk xalqına tərəqqi və firavanlıq arzulayıb.

Milli Məclisin Sədri qardaş Türkiyə Respublikasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizə göstərdiyi dəstəyə görə bir daha minnətdarlığını bildirib, iki qardaş xalqın həmişə bir-birinin yanında olacağına əminliyini ifadə edib.

Sahibə Qafarova Ermənistanın son dövrlər döyüş meydanında məruz qaldığı uğursuzluqlarla barışmayaraq mülki əhalini hədəfə aldığını və bunun insanlıq əleyhinə yönələn müharibə cinayəti olduğunu ifadə edib.

Sahibə Qafarova telefon söhbətinin sonunda bildirib ki, bütün Azərbaycan xalqı öz dövlətinin və Prezidentinin yanındadır. "Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bərqərar olmuş güclü idarəçilik sistemi, iqtidarla xalq arasında mövcud olan sarsılmaz birlik Dağlıq Qarabağ məsələsinin tamamilə həllini təmin edəcək".

Təbriklər və xoş sözlər üçün təşəkkürünü bildirən Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop Türkiyənin bundan sonra da Azərbaycanın yanında olacağını və Azərbaycan torpaqlarının tezliklə tamamilə düşmən tapdağından azad olunacağı günü səbirsizliklə gözlədiklərini diqqətə çatdırıb.

19