Atəşə məruz qalmış sanitar tibb maşını

Düşmən yaralıları təxliyə edən sanitar tibb maşınını atəşə tutub

50
(Yenilənib 12:50 07.04.2016)
Cəbhənin Ağdərə-Goranboy istiqamətində düşmən tərəfindən atəşkəsin növbəti dəfə pozulması nəticəsində yaralanan və xəsarət alan mülki əhalini təxliyyə edən sanitar tibb maşını atəşə tutulub.

BAKI, 7 apr — Sputnik. Qoşunların təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə tərəflərin əldə etdiyi razılaşmaya baxmayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri müxtəlif istiqamətlərdə mövqelərimiz və yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir.

Sputnik Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, aprelin 7-də cəbhənin Ağdərə-Goranboy istiqamətində düşmən tərəfindən atəşkəsin növbəti dəfə pozulması nəticəsində yaralanan və xəsarət alan mülki əhalini təxliyyə edən sanitar tibb maşını atəşə tutulub.

Hadisə nəticəsində sanitar maşına ciddi ziyan dəysə də, xoşbəxtlikdən xəsarət alan olmayıb. Ermənilər tərəfindən törədilmiş bu hadisə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması kimi dəyərləndirilir.

  • Atəşə məruz qalmış sanitar tibb maşını
    Atəşə məruz qalmış sanitar tibb maşını
    © Photo : Mod.gov.az
  • Avtomobilin ön hissəsindəki güllə yeri
    Avtomobilin ön hissəsindəki güllə yeri
    © Photo : Mod.gov.az
  • Hərbi tibbi yardım maşının salonu
    Hərbi tibbi yardım maşının salonu
    © Photo : Mod.gov.az
  • Hadisə nəticəsində sanitar maşına ciddi ziyan dəysə də, xəsarət alan olmayıb
    Hadisə nəticəsində sanitar maşına ciddi ziyan dəysə də, xəsarət alan olmayıb
    © Photo : Mod.gov.az
  • Atəşə tutulmuş avtomobilin interyeri
    Atəşə tutulmuş avtomobilin interyeri
    © Photo : Mod.gov.az
  • Doşəmədiki atəş izi
    Doşəmədiki atəş izi
    © Photo : Mod.gov.az
1 / 6
© Photo : Mod.gov.az
Atəşə məruz qalmış sanitar tibb maşını

50
Teqlər:
sanitar tibb maşını, hərbi əməliyyatlar, qoşunların təmas xətti, Ermənistan silahlı qüvvələri, Müdafiə Nazirliyi, cəbhə
Əlaqədar
Uğurunda canlar fəda edilən torpaq daha bir oğlunu qoynuna aldı
Cəbhədə silahlar susmur
"Erməniləri hələ çox "sürprizlər" gözləyəcək"
Talış dağı barədə ermənilərin yaydığı məlumat yalandır
Angela Merkel Dağlıq Qarabağa görə məsuliyyət daşıdığını bildirib
Leonardo Di Kaprio, arxiv şəkli

"Apple" Di Kaprio: Hollivudda birgə filmlər çəkiləcək

83
(Yenilənib 23:28 05.08.2020)
Di Kaprio və "Apple"-in ilk layihəsi Martin Skorsezenin rejissoru olduğu "Çiçəkli ayın qatilləri" (Killers of the Flower Moon) filmi olacaq.

BAKI, 5 avqust — Sputnik. Amerikalı aktyor Leonardo Di Kaprio və onun "Appian Way" kino şirkəti "Apple" şirkəti ilə film və serialların çəkilişinə dair müqavilə imzalayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı "Hollywood Reporter" yayıb.

Di Kaprio və "Apple"-in ilk layihəsi Martin Skorsezenin rejissoru olduğu "Çiçəkli ayın qatilləri" (Killers of the Flower Moon) filmi olacaq. Film Devid Qrannanın eyni adlı romanı əsasında çəkiləcək. Filmə 200 milyon dollar maliyyə ayrılıb. Baş rolları Di Kaprio və Robert De Niro oynayacaq. Korporasiya Elizabet Mossun baş rolu oynadığı və "Appian Way Productions"ın prodüserlik etdiyi "Parlayan qızlar" (The Shining Girls) serialını da birlikdə ərsəyə gətirəcək", - deyə məlumatda bildirilir.

Di Kaprio, "Appian Way" və "Apple"-in əməkdaşlığı bununla yekunlaşmayacaq.

"Appian Way Productions" üçün bu müqavilə serial çəkilişi sahəsində ilk addım olacaq. Şirkət daha əvvəl "Paramount Pictures" və "Warner Bros" kinostudiyaları ilə filmlərin istehsalına dair sazişlər imzalamışdı.

Xatırladaq ki, bundan əvvəl Di Kaprionun şirkəti Oldos Haqslinin "Ada" adlı sonuncu romanının serial ekranlaşdırılmasına prodüserlik etməyi nəzərdə tutub.

83
Tibb işçisi Dövlət Gömrük Komitəsinin hospitalında, arxiv şəkli

Azərbaycanda koronavirusla bağlı son statistika açıqlanıb

4
(Yenilənib 23:53 05.08.2020)
Son 4 gün ərzində aktiv xəstələrin sayı 5 229-dan düşərək, hazırda müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 3 787-ə bərabərdir.

BAKI, 5 avqust – Sputnik. Avqustun 5-də Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 883 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 759 229-a çatıb.

Bu barədə Sputnik Azərbaycan-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Hazırda müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 3 787-ə bərabərdir.

Avqustun 1-də isə aktiv xəstə sayı 5 229-a bərabər idi.

Xəstələrdən 255 nəfəri reanimasiyadadır ki, onlardan da 51-i süni tənəffüs cihazına qoşulub.

Xatırladaq ki, avqustun 5-də Azərbaycanda koronavirus infeksiyasına daha 193 yoluxma faktı qeydə alınıb, 492 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış üç nəfər vəfat edib.

4
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər