Xarici jurnalistlər

Əcnəbi jurnalistlər Azərbaycanın cəbhə bölgəsinə yolandılar

46
Heyətin tərkibində Rusiyanın "ORT" televiziyasının, "CBC"-nin, Türkiyənin "Cihan" xəbər agentliyinin, İran televiziyasının Bakı nümayəndəliyinin, "Reuters" agentliyinin nümayəndələri təmsil olunurlar

BAKI, 6 apr — Sputnik. Bu gün bir sıra xarici kütləvi informasiya vasitələrinin nümayəndələri, çəkiliş aparmaq üçün Bakıdan cəbhə bölgəsinə yollanıb. Sputnik xəbər verir ki, KİV nümayəndələri Xarici İşlər Nazirliyinin (XİN) inzibati binasının qabağından, XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin müşayiəti ilə avtobusla yola düşüblər.

Heyətin tərkibində Rusiyanın "ORT" televiziyasının, "CBC"-nin, Türkiyənin "Cihan" xəbər agentliyinin, İran televiziyasının Bakı nümayəndəliyinin, "Reuters" agentliyinin nümayəndələri təmsil olunurlar.

46
Teqlər:
'Cihan', 'CBC', 'ORT', jurnalist, xarici kütləvi informasiya vasitələri, XİN, Xarici İşlər Nazirliyi
Əlaqədar
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı açıqlama
Həlak olan hərbi qulluqçularımızın adları
Şəhid kapitanın dəfni ümumxalq nümayişinə çevrildi
Müdafiə Nazirliyinə kütləvi müraciətlər ünvanlanır
Kənd sakini: xoşbəxtlikdən heç kim xəsarət almayıb
Qəza, arxiv şəkli

Bakıda təkərin partlayaraq iki nəfəri ağır yaralamasının GÖRÜNTÜLƏRİ

95
(Yenilənib 19:52 26.07.2021)
Adi ehtiyatsızlıq paytaxtın Nərimanov rayonunda iki vətəndaşın ağır şəkildə yaralanmasına səbəb olub.

BAKI, 26 iyul — Sputnik. Bakıda təkərin partlaması iki nəfərin yaralanmasına səbəb olub.

Sputnik Azərbaycan xəbər verir ki, hadisə iyulun 23-də Nərimanov rayonu, Ə.Qayıbov küçəsində baş verib.

Yük avtomobilinin təkərinə atmosfer vurularkan yanlışlığa yol verildiyindən təkər havaya uçub. Onun diski isə yaxınlıqda kafedə əyləşmiş insanların masasına düşüb.

Hadisə nəticəsində iki nəfərin ağır xəsarətlər aldığı bildirilir.

95
Ağdamda mina sahəsi

Açıqlandı: 220 hektar ərazi minadan təmizlənib

10
(Yenilənib 19:39 26.07.2021)
İyulun 19-dan 24-dək aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 124, tank əleyhinə 16 mina və 541 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

 

BAKI, 26 iyul — Sputnik. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir ki, iyulun 19-dan 24-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 124, tank əleyhinə 16 mina və 541 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

Bildirilir ki, bu müddət ərzində 220 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

10