Cəbhə bölgəsi

Tərtər növbəti dəfə düşmən atəşinə məruz qalıb

286
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmış, istintaq aparılır

BAKI, 5 apr — Sputnik. Tərtər rayonunun cəbhəyanı zonaya yaxın bir sıra yaşayış məntəqələri, o cümlədən Həsənqaya kəndi növbəti dəfə düşmən atəşinə məruz qalıb. Bu barədə Sputnik Tərtər rayon prokurorluğu və polis Şöbəsinin birgə məlumatına istinadən xəbər verir.

Belə ki, aprelin 5-də saat 11:00 radələrində Həsənqaya kəndində məskunlaşmış Kəlbəcər rayon sakini, 2000-ci təvəllüdlü Həsənli Turanə Kamandar qızı, yaşadığı evə atılmış mərminin partlaması nəticəsində çoxsaylı qəlpə xəsarətləri alaraq hadisə yerində vəfat edib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmış, istintaq aparılır.

286
Teqlər:
cəbhə, atəş, döyüş, Tərtər
Əlaqədar
Tərtərlilərdən bütün Azərbaycana mesaj
Tərtərdə son durum - rəsmi açıqlama gəldi
Tərtər rayonu ərazisində monitorinq keçirilməsi planlaşdırılır
Ermənilər Tərtərdə toy çadırını atəşə tutublar
Səhra köməkçiləri Tərtərdə monitorinq keçirəcəklər