Yas mərasimi

Deputat şəhidin yas mərasimində iştirak edib

359
Əfqanıstan Veteranları İctimai Birliyinin Qazax rayon filialının sədri Nüsrət Aşurov, Qazax Rayon Könüllü Döyüşçülər Birliyinin sədri İbrahim Qurbanov, Əfqanıstan veteranı Azər Məmmədov və rayonda tanınmış digər şəxslər də mərasimə qatılıblar

BAKI, 5 apr — Sputnik. Xəbər verdiyimiz kimi, aprelin 2-nə keçən gecə Azərbaycanın cəbhə boyu mövqeləri və yaşayış məntəqələri Ermənistan Silahl qüvvələri tərəfindən atəşə məruz qalıb. Nəticədə mülki əhali arasında ölən və yaralananlar olub.

Şəhid Sərxan Bağırovun dəfn mərasimi
© Foto : Ilham Mustafa

Həmin gün gedən döyüşlərdə Qazax rayon Aslanbəyli kənd sakini, 1995-ci il təvəllüdlü Əliyev Orxan Məhəmməd oğlu da şəhid olub. Onun nəşi aprelin 3-də Qazaxda — doğulduğu Astanbəyli kəndində torpağa tapşırılıb.

Bu gün şəhidin 3 mərasimi idi. Mərasimdə mərhumun qohumları, kənd sakinlər ilə yanaşı, Qazax rayonundan seçilən millət vəkili Kamran Nəbizadə, rayon rəhbərliyində təmsil olunan şəxslər, həmçinin Əfqanıstan Veteranları İctimai Birliyinin Qazax rayon filialının sədri Nüsrət Aşurov, Qazax Rayon Könüllü Döyüşçülər Birliyinin sədri İbrahim Qurbanov, Əfqanıstan müharibəsi veteranı Azər Məmmədov və rayonda tanınmış digər şəxslər də iştirak ediblər.

359
Teqlər:
Azər Məmmədov, İbrahim Qurbanov, Nüsrət Aşurov, Kamran Nəbizadə, Əliyev Orxan, yas mərasimi, şəhid
Əlaqədar
Azərbaycan və İran XİN başçıları cəbhədəki son hadisələri müzakirə ediblər
Veteran döyüşçülər silaha sarılmaq istəyirlər
Cəbhədə hərbi əməliyyatlar dayandırıldı
"Azərbaycan ərazisinə keçməyə çalışan terrorçular cəzalandırılacaqlar"
İlk Avropa oyunlarında ucaldılan bayraq işğaldan azad edilən məntəqəyə sancılıb