Vaqif Dərgahlı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik

Ermənistan MN-nin mətbuat katibinin yalanı faş edildi

258
(Yenilənib 18:27 04.04.2016)
Vaqif Dərgahlı: O şəkillər Donbasda çəkilib, onların Azərbaycan xüsusi təyinatlılarına heç bir aidiyyatı yoxdur.

BAKI, 4 aprel-Sputnik. Ovannisyanın Feysbukda azərbaycanlılara aid etdiyi fotolar əslində Donbas vilayətində döyüşmüş xüsusi təyinatlıların fotoşəkilləridir.

Sputnik-n məlumatına görə, bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı Telegraf-a deyib.

"Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyanın guya Azərbaycan xüsusi təyinatlı dəstəsinin kütləvi məhv edilməsi haqda sosial şəbəkədə yaydığı xəbərlər və fotolar yalan məlumatdan başqa bir şey deyil. Bu şəkillərin Azərbaycan xüsusi təyinatlı dəstəsinə də heç bir aidiyyatı yoxdur. Həmin fotoşəkillər iki-üç il bundan əvvəl Ukraynanın döyüş zonasından yayımlanmışdı. İndi Ovannisyan yenidən həmin şəkilləri azərbaycanlıların adına çıxarır, öz hərbi uğurları kimi təqdim edirlər".

Erməni mediası Artsrun Ovannisyana istinad edərək sözügedən fotoşəkilləri KİV-lərdə Ermənistan Ordusunun uğuru kimi qiymətləndirib.

258
KİV nümayəndələri, arxiv şəkli

MEDİA Azərbaycan mediasına verəcək?

2
(Yenilənib 18:06 15.01.2021)
"KİVDF-nin timsalında qəzetlərə pul verən təşkilat təəssüratı yaransa da, yeni yaranan qurumda islahatlar paketinə maddi baxımdan qəzet və saytların iqtisadi müstəqilliyinin qazanılmasına dəstəyinin verilməsi nəzərdə tutulub".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 15 yanvar — Sputnik. Azərbaycan Prezidenti media sahəsində islahatların dərinləşdirilməsinə dair fərman verdi. Eyni zamanda Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) əsasında "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi" (MEDİA) publik hüquqi şəxs yaradıldı. Sputnik Azərbaycan tanınmış qələm əhlinin Medianın İnkişafı Agentliyindən gözləntilərini öyrənib.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov REAL TV-yə müsahibəsində bildirib ki, indən sonra media subyektlərinin bölgüsü həyata keçiriləcək, jurnalistin statusuna hüquqi bazada aydınlıq gıətiriləcək:

"Bu da imkan verəcək ki, media subyektlərinə və jurnalistlərə iqtisadi-texniki və metodiki dəstək göstərək. Çap, onlayn və audivizoial media sahələrinin iqtisadi müstyəqilliyi, kadr potensilalının inkişafı və yayılan informasiyanın məzmunun təkminləşdirilməsi istiqamətində işlər aparılacaq. Artıq media subyektlərinin iqtisadi müstəqilliyi üçün fəaliyyət planı hazırlanır. Biz çalışacağıq ki, media subyektlərinin biznes modelinə keçməsi üçün dəstək istiqamətlərini araşdıraq".

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı Sputnik Azərbaycan-a açıqlamasında belə bir qurumun yaradılmasının əhəmiyyətli olduğunu bildirib: "Çünki onlayn medianın fəaliyyəti ilə bağlı bir çox ciddi problemlər ortaya çıxırdı. Onlayn media sürətlə inkişaf etdiyindən, bu sahə həm peşəkar, həmçinin də qeyri-peşəkarların fəaliyyət göstərdiyi media sahəsinə çevrilib. Azərbaycanda bu sahənin hüquqi müstəvidə tənzimlənməsi bu günədək bir problem olaraq qalır.

Ölkəmizdə "Kütləvi informasiya vasitələri" Haqqında qanun 1999-cü ildə qəbul olunub. Media isə durmadan inkişaf edən sahədir. Ona görə də media qanunun təkminləşdirilməsinə böyük ehtiyac var. Sosial medianın hüquqi statusu və sosial hüquqi məsuliyyəti məsələləri də qanunda öz əksini tapmalıdır. KİVDF-nin timsalında qəzetlərə pul verən təşkilat təəssüratı yaransa da, yeni yaranan qurumda islahatlar paketinə maddi baxımdan qəzet və saytların iqtisadi müstəqilliyinin qazanılmasına dəstəyinin verilməsi nəzərdə tutulub. Ona görə də MEDİA-dan gözləntilərimiz böyükdür".

BakuPost.az saytının direktoru Elçin Zahiroğlu isə deyir ki, yeni qurumun nizamnaməsi ilə tanış olandan sonra onda medianının bir neçə vacib probleminin həll olunacağı əminlik yaranıb:

"Bu, saytların hüquqi statusu, ümumiyyətlə, qanunvericiliyin təkminəşdirilməsi və media quruluşlarının texniki və kadr potensialının artırılması məsələləridir. Bu problemlər illərdi jurnalistləri narahat edirdi və dəfələrlə müzakirə mövzusuna çevrilmişdi. Əhməd İsmayılov KİVDF-yə rəhbər təyin olunanda biz müəyyən təkliflər irəli sürmüşdük və bu gün onlar nizamnamədə əksini tapıb. Qaldı ki, digər məsələlər – mediaya baxışı dəyişmək, korlanmış reputasiyanın bərpası, ciddi mətbuat orqanlarının ictimai fikrin, eləcə də dünyada informasiya savaşında lazımi mövqe qazanması məsələsinə və bu istiqamətdə agentliyin fəaliyyətinin nə dərəcədə effektiv olmasına, bunu zaman göstərəcək".

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirir ki, agentlik Azərbaycandakı media subyektlərinin xarici medai subyektləri ilə informasiya mübadiləsinin yaradılmasına, təcrübələrin mübadiləsinə təşkilatı dəstək göstərəcək. Onun sözlərinə görə, MEDİA-nın yaradılmasının məqsədi media subyektlərinin dünyada mövcud standartlara uyğun iqtisadi müstəqilliyə nail olmasıdır. Media subyektlərinin iqtisadi müstəqilliyi necə əldə edəcəyinə gəlincə, Ə. İsmayılov deyir ki, bu reklamların cəlb olunması, media subyektləri arasında informasiya mübadiləsi formasında ola bilər.

2
Teqlər:
Akif Aşırlı, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu
İlham Əliyev Şuşada

"Mən Şuşaya Qələbə yolu ilə gəlmişəm" - İlham Əliyev

8
Dağlardan, meşələrdən, dərələrdən keçərək, onlarla kilometr məsafəni qət edərək qəhrəman Azərbaycan hərbçiləri yol boyunca kəndləri, qəsəbələri düşməndən azad edib, Şuşa şəhərinə yaxınlaşıb, Daşaltı kəndini azad edib və ondan sonra Şuşanı işğalçılardan azad edib.

BAKI, 15 yanvar — Sputnik. "Əziz hərbçilər, noyabrın 8-i xalqımızın tarixində əbədi qalacaq. Noyabrın 8-də qədim Şuşa şəhərimizi düşməndən azad edərək Azərbaycan parlaq qələbə qazandı".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şuşada hərbçilər qarşısında çıxışı zamanı bildirib.

İlham Əliyev qeyd edib ki, Şuşanın işğaldan azad edilməsi böyük qəhrəmanlıq, peşəkarlıq, milli ruh tələb edirdi:

"Azərbaycan hərbçiləri bütün bu ülvi xüsusiyyətləri nümayiş etdirmişdir. Mən Şuşaya Qələbə yolu ilə gəlmişəm. O yol indi açılıbdır, yol yox idi. Dağlardan, meşələrdən, dərələrdən keçərək, onlarla kilometr məsafəni qət edərək qəhrəman Azərbaycan hərbçiləri yol boyunca kəndləri, qəsəbələri düşməndən azad edib, Şuşa şəhərinə yaxınlaşıb, Daşaltı kəndini azad edib və ondan sonra Şuşanı işğalçılardan azad edib".

8
Teqlər:
Şuşa, İlham Əliyev