MN: Ermənilərin komanda-qərargah məntəqəsi darmadağın edilib

© Photo : mod.gov.azAzərbaycan silahlı qüvvələrinin tankı döyüş tapşırığını yerinə yetirərkən. Arxiv şəkli
Azərbaycan silahlı qüvvələrinin tankı döyüş tapşırığını yerinə yetirərkən. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Düşmənin çoxlu sayda hərbi qulluqçusu - polkovnik və general rütbəli zabitləri də zərbə nəticəsində məhv edilib.

BAKI, 4 aprel-Sputnik. Ermənilərin işğal olunmuş ərazilərdəki komanda-qərargah məntəqəsi darmadağın edilib

Sputnik Müdafiə Nazirliyinin saytına istinadla xəbər verir ki, Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdə fəaliyyət göstərən komanda-qərargah məntəqəsi qoşunlarımızın vurduğu dəqiq cavab atəşi ilə darmadağın edilib. Düşmənin çoxlu sayda hərbi qulluqçusu — polkovnik və general rütbəli zabitləri də zərbə nəticəsində məhv edilib.

Müdafiə Nazirliyi bildirir ki, həyata keçirilən əməliyyatla bağlı video görüntülər ictimaiyyətə təqdim olunacaqdır.

Xəbər lenti
0