мост Худаферин через реку Араз в Иран

Erməni tərəfinin atdığı top mərmilərindən 3-ü İran ərazisinə düşüb

110
Hadisə ötən axşam yerli vaxtla saat 19.00 radələrində qeydə alınıb.

BAKI, 3 apr — Sputnik. Ermənistanın atəşkəsi pozması nəticəsində yaranmış gərginlik zamanı ermənilərin atdığı top mərmilərindən 3-ü İran ərazisinə düşüb.

APA-nın məlumatına görə, hadisə ötən axşam yerli vaxtla saat 19.00 radələrində qeydə alınıb. Ermənistan silahlı bölmələrinin Hadrud istiqamətində endirdiyi zərbələr nəticəsində mərmilərdən 3-ü Xudafərin şəhəri ərazisinə düşüb. Nəticədə İran ərazisindəki elektrik stansiyasına ziyan dəyib və işıqlar sönüb. Ölən və yaralanan yoxdur.

İran Sərhəd Qoşunlarının nümayəndələri məsələ ilə bağlı insident tərəfləri ilə danışıb.

İranın  Şərqi Azərbaycan əyalətində sərhəd bölgəsi ərazisində yerləşən şəhər və kəndlərdə təhlükəsizlik tədbirləri də gücləndirilib.  

110
Dəniz quldurlarının bayrağı, arxiv şəkli

Dəniz quldurları Türkiyə gəmisinə hücum edib, azərbaycanlı mühəndis öldürülüb

15
(Yenilənib 00:29 24.01.2021)
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər: "Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.

“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.

Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:

"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

15
Bakıda tibbi maska taxmış şəxs, arxiv şəkli

Bakıda koronavirus ocağı bu ərazidir

19
(Yenilənib 23:42 23.01.2021)
Ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 52,2 faizi paytaxtda qeydə alınıb.

 

BAKI, 23 yanvar — Sputnik. Bakı şəhəri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb. Sputnik Azərbaycan-ın koronavirusinfo.az saytına istinadən məlumatına görə, paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, paytaxt üzrə yoluxma hallarının 15 faizi həmin rayonun payına düşür. Bakı şəhərinin digər rayonlarına gəlincə, yoluxma hallarının 13,1 faizi Xətai, 12,2 faizi Yasamal, 10,8 faizi Sabunçu, 8,2 faizi Nərimanov, 8,2 faizi Suraxanı, 7,8 faizi Nəsimi, 7 faizi Nizami, 6,8 faizi Xəzər, 5,4 faizi Qaradağ, 5 faizi Səbail, 0,5 faizi Pirallahı rayonlarında qeydə alınıb.

Qeyd edək ki, ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 52,2 faizi paytaxtda qeydə alınıb.

19