Министр иностранных дел РФ Сергей Лавров

Sergey Lavrov da işə qarışdı

128
(Yenilənib 21:33 02.04.2016)
Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı və ermənistanlı həmkarları ilə telefon danışığı aparıb.

BAKI, 2 aprel-Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistandan olan kolleqaları Elmar Məmmədyarov və Edvard Nalbandyanla danışaraq tərəfləri Dağlıq Qarabağda zorakılığa son qoyulması üçün vəziyyətə təsir etməyə çağırıb.

Sputnik xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Rusiya Federasiyası prezidentinin Dağlıq Qarabağda təmas xəttində hərbi əməliyyatların bərpası ilə bağlı verdiyi reaksiyanı inkişaf etdirərək, eləcə də Rusiya tərəfinin vəziyyətin normallaşdırılması üzrə, həmçinin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə təmaslarda atdığı addımlar fonunda Sergey Lavrov Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə danışıqlar aparıb və zorakılığı dayandırmaq üçün vəziyyətə təsir göstərməyə çağırıb". — deyə RF XİN-in məlumatında bildirilir.

128
Teqlər:
Edvard Nalbandyan, Ermənistan-Azərbaycan, Rusiya xarici işlər naziri Sergey Lavrov, Ermənistan, Elmar Məmmədyarov, Sergey Lavrov, Azərbaycan
Mövzu:
Cəbhə xəttində gərginliyin artması (49)
Əlaqədar
Cəbhə bölgəsində vəziyyət gərgindir
Cəbhə xəttində yenə atışma olub
Rusiya Qarabağdakı gərginliklə bağlı digər həmsədrlərlə məsləhətləşmələrə başlayıb
Rusiya Qarabağ cəbhəsində baş verənlərə münasibət bildirib
Vladimir Putin Qarabağda atəşi dayandırmağa çağırıb