Termometr - isti hava

Sabah Azərbaycanda 24 dərəcə isti olacaq

49
Meteohəssas insanlar aprelin 2-də diqqətli olsunlar.

BAKI, 1 aprel — Sputnik. Sabah Azərbaycanda havanın temperaturu 24 dərəcəyədək yüksələcək. 

Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadla xəbər verir ki, aprelin 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 15-20, Bakıda gecə 6-8, gündüz 17-19 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 02-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 19-24, dağlarda gecə 0-5, gündüz 12-17 dərəcə isti olacaq.

Aprelin 02-03-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, aprelin 02-də arabir güclənən gilavar küləyinin 03-də güclü xəzri küləyi ilə əvəz olunacağı, temperaturun bir qədər aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

49
Teqlər:
rayonlar, Bakıda və Abşeron yarımadası, Bakı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Əlaqədar
Sabah 15 dərəcə isti olacaq
Bakıda 12 dərəcə isti olacaq
Martda 0 dərəcə şaxta da olacaq, 24 dərəcə isti də
Sabah Azərbaycanda yay havası olacaq