Слитки золота. Архивное фото

Qazaxda qızıl köşklərini soyublar

41
Rayon mərkəzində yerləşən ticarət obyektindəki qızıl satılan köşklərdən qızıl-zinət əşyalarını aparıblar.

BAKI, 27 mart-Sputnik. Qazaxda oğurluq hadisəsi baş verib.

Sputnik APA-ya istinadla xəbər verir ki, hadisə ötən gecə rayon mərkəzində baş verib. Burada yerləşən ticarət obyektində qızıl satılan köşklərdən oğurluq edilib.

Xeyli sayda qızıl-zinət əşyalarının aparıldığı bildirilir. Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır.

41
Teqlər:
ticarət mərkəzi, ticarət, qızıl, Qazax
Əlaqədar
Paytaxtın məşhur qızıl-zinət satışı mərkəzində "üsyan"
Bakıda mənzildən 50 min manatlıq qızıl oğurlanıb
Bakıda məşhur qızıl dükanının sahibəsini qızı və qohumları öldürüb
Bakıda məşhur qızıl dükanının sahibi 43 bıçaq zərbəsi ilə öldürülüb
Qara qızılın qiymətindən qara xəbər
Zaqatalaya mənzərə, arxiv şəkli

Cənubi Qafqazda ilk olaraq Azərbaycanda...

2
Səmədova onu da bildirib ki, layihə Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən maliyyələşdirilir və icra müddəti 4 ildir.

BAKI, 6 iyun — Sputnik. Azərbaycanda "Zaqatala–Balakən biosfer rezervatının yaradılması" layihəsinə start verilir. Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova bildirib.

O, qeyd edib ki, layihə çərçivəsində Zaqatala Dövlət Təbiət Qoruğunun bazasında yaradılacaq Zaqatala-Balakən biosfer rezervatı həmin bölgədə ekoturizmin inkişafına və yerli əhalinin məşğulluğunun artırılmasına şərait yaradacaq, insanların flora və faunaya zərər vermədən təbiət gözəlliklərini görməsi üçün hərəkət çığırları, seyr nöqtələri müəyyənləşdiriləcək. Qoruqdan fərqli olaraq biosfer rezervatın ərazisinə ekoturistlərin girişi açıq olacaq.

ETSN rəsmisi biosfer qoruğunun yaxın qonşularımız Türkiyə, Rusiya, Belarusiyada da mövcud olduğunu, lakin Cənubi Qafqaz regionunda ilk dəfə Azərbaycanda yaradılacağını vurğulayıb.

O qeyd edib ki, bununla da bölgədə ekoloji və kənd turizminin stimullaşdırılmasına, əhalinin sosial-iqtisadi rifahının yüksəldilməsinə şərait yaranacaq. Biosfer rezervatda müasir tələblərə cavab verən infrastruktur qurulacaq, alternativ və bərpa olunan enerji mənbələri ilə təmin olunacaq. Eyni zamanda, burada ekoloji təmiz məhsulların istehsalı üçün təsərrüfat yaradılacaq.

"Biosfer rezervatın özəlliklərindən biri də odur ki, burada istehsal olunan orqanik məhsullar qoruğun loqosu ilə qablaşdırılacaq və bir sıra ölkələrə ixrac olunan zaman gömrük rüsumundan azad olunacaq. Həmçinin, layihə çərçivəsində ətraf ərazilərdə təsərrüfat fəaliyyəti ilə məşğul olan şəxslərə kiçik həcmli qrantların verilməsi də planlaşdırılır".

A.Səmədova onu da bildirib ki, layihə Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən maliyyələşdirilir və icra müddəti 4 ildir.

2
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, arxiv şəkli

Şenker ABŞ-ın Yaxın Şərqdə son iki onillikdəki hansı layihəsini uğurlu hesab edir?

5
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Dövlət Departamentinin Rusiyanın Yaxın Şərqdəki rolu haqqında bəyanatına cavab verib

BAKI, 5 iyun – Sputnik. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ dövlət katibinin köməkçisi Devid Şenkerin “Rusiya Yaxın Şərqdən çıxmalı"dır fikrini şərh edərkən Vaşinqtonun regiondakı siyasətinin nəticələrini xatırlamağa çağırıb.

"Dəqiqləşdirmək istərdim ki, Şenker Amerikanın Yaxın Şərqdə son iki onillikdəki hansı layihəsini uğurlu hesab edir? <...> Xatırlaya bilmirik. Yalnız ölüm və məhv", - deyə Zaxarova RİA Novosti-yə bildirib.

Diplomat əlavə edib ki, ola bilsin, Şenker "uğurlu layihə" nin yekununu məhz belə görür.

Rusiya 2015-ci ildən rəsmi Suriya hökumətinin xahişi ilə ərəb respublikasına terrorizmlə mübarizə və ölkənin bərpası üçün hərbi və digər yardımları göstərir. Birləşmiş Ştatlar isə Suriyanın rəsmi hakimiyyətinin icazəsi olmadan bu ölkədə yerləşir.

5