Госсекретарь США Джон Керри.

Kerri: Suriya vahid bölünməz olmalıdır

183
Con Kerri: Biz burada hamımız anlayırıq ki, müharibəyə son qoyulmalıdır.

BAKI, 25 mar — Sputnik. Nizamlanma prosesi nəticəsində Suriyanın vahid və bölünməz qalmasının vacibliyi  məsələsində  Moskva və Vaşinqtonun mövqeyi eynidir.

Sputnik-in “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ dövlət katibi Con Kerri deyib.      

 “Biz burada hamımız anlayırıq ki, müharibəyə son qoyulmalıdır. Biz bu prosesdə məqsədləri də anlayırıq — İŞİD-in, “Ən-Nusrə”nin və digər terrorçu qruplaşmaların  məhv edilməsi, və biz hamımız  Suriyanın azlıqların hüquqlarının qorunacağı vahid, bölünməz və dünyəvi dövlət olaraq qalmasının  tərəfdarıyıq”, — deyə Kerri Moskvada danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.  

183