Yohan Kruiff

Əfsanəvi futbolçu vəfat etdi

59
(Yenilənib 17:39 24.03.2016)
O xərçəng xəstəliyindən əziyyət çəkib.

BAKI, 24 mar — Sputnik. Əfsanəvi futbolçu Yohan Kruiff (Kroyff) dünyasını dəyişib.

Sputnik-in məlumatına görə, o xərçəng xəstəliyindən əziyyət çəkib.

25 aprel 1947-ci ildə Amsterdamda dünyaya gələn Kruiff 68 yaşında vəfat edib.

Kruiff futbolçu karyerası boyunca "Ayaks", "Barselona" kimi nəhəng klubların, o cümlədən Hollandiya millisinin lideri olub. Karyerası ərzində 752 oyun keçirən Kruiff 425 qol vurub. Üç dəfə "Qızıl top"un sahibi olub. "Ayaks" və "Barselona"nın heyətində dəfələrlə Çempionlar kubokunu və ölkə çempionluğunu qazanıb.

Futbolçu karyerasını bitirəndən sonra Kruiff məşqçi kimi də böyük uğurlar qazanıb.

Y. Kruiff 20 əsrin ən yaxşı futbolçularından biri sayılır.

59
Dəniz quldurlarının bayrağı, arxiv şəkli

Dəniz quldurları Türkiyə gəmisinə hücum edib, azərbaycanlı mühəndis öldürülüb

14
(Yenilənib 00:29 24.01.2021)
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər: "Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.

“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.

Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:

"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

14
Bakıda tibbi maska taxmış şəxs, arxiv şəkli

Bakıda koronavirus ocağı bu ərazidir

16
(Yenilənib 23:42 23.01.2021)
Ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 52,2 faizi paytaxtda qeydə alınıb.

 

BAKI, 23 yanvar — Sputnik. Bakı şəhəri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb. Sputnik Azərbaycan-ın koronavirusinfo.az saytına istinadən məlumatına görə, paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, paytaxt üzrə yoluxma hallarının 15 faizi həmin rayonun payına düşür. Bakı şəhərinin digər rayonlarına gəlincə, yoluxma hallarının 13,1 faizi Xətai, 12,2 faizi Yasamal, 10,8 faizi Sabunçu, 8,2 faizi Nərimanov, 8,2 faizi Suraxanı, 7,8 faizi Nəsimi, 7 faizi Nizami, 6,8 faizi Xəzər, 5,4 faizi Qaradağ, 5 faizi Səbail, 0,5 faizi Pirallahı rayonlarında qeydə alınıb.

Qeyd edək ki, ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 52,2 faizi paytaxtda qeydə alınıb.

16