Belçika - Brüksel - Zaventem Havalimanı

Brüssel qan içində: ölənlərin sayı 34-ə çatdı

70
(Yenilənib 17:27 22.03.2016)
Zaventem hava limanında 14, Malbeek metrostansiyasında isə 20 nəfər ölüb.

BAKI, 22 mart-Sputnik. Belçikanın paytaxtı Brüsseldə törədilən partlayışlar nəticəsində ölənləri sayı 34 nəfərə çatıb.

Paytaxt Prokurorluğunun yaydığı xəbərə görə, Zaventem hava limanında 14, Malbeek metrostansiyasında isə 20 nəfər ölüb. Hadisə yerindən "Kalaşnikov" markalı silah tapılıb.

Paytaxt Prokurorluğunun yaydığı xəbərə görə, hava limanındakı partlayışlardan birini terrorçu-kamikadze törədib.

Baş nazir Şarl Mişel isə bu günün Belçika tarixinə qara hərflərlə yazılacağını bildirib. O, vətəndaşlarını soyuqqanlı olmağa və həmrəyliyə çağırıb.

Ötən il noyabrın 13-də Fransanın paytaxtı Parisdə 130 nəfərin ölümü ilə nəticələnmiş terror aktını törətməkdə təqsirləndirilən İŞİD terror təşkilatının üzvü Salah Abdesalam bu il martın 18-də Belçikada yaxalanıb. Həmin vaxt İŞİD-in Belçikada silsilə terror aktları təşkil edəcəyi bildirilirdi.

70
Teqlər:
Kalaşnikov, İŞİD, Şarl Mişel, Paris, Zaventem, Brüssel, Belçika
Əlaqədar
Brüsseldə partladılan hava limanında 1 nəfər Azərbaycan vətəndaşı olub
Brüsseldəki teraktlarda ölənlərin sayı 23-ə çatıb
Brüsseldə hava limanı və metroda partlayışlar baş verib, 11 nəfər ölüb
Brüsseldə ən yüksək terror təhlükəsi səviyyəsi elan edilib
Brüsselə qaçması Sərkisyanın sonunun yaxınlaşması deməkdir