ABD Başkanı Barack Obama

Barak Obama Kubaya tarixi səfər edib

47
O, Havanaya öz ailəsini, hətta qaynanasını da aparıb.

BAKI, 21 mart-Sputnik. ABŞ prezidenti Kubada tarixi səfərdədir

Kubaya tarixi səfərə gələn prezident Barak Obama ilk olaraq ABŞ-ın Havanadakı səfirliyində olub.

Sputnik Ağ Evin yaydığı rəsmi açıqlamaya istinadla xəbər verir ki, prezident Barak Obama, bu səfəri tarixi imkan kimi dəyərləndirib. O deyib ki, bu səfər iki ölkə arasında münasibətlərin normallaşdırılması yolunda atılan ilk addımdır. 

Səfirliyin əməkdaşları ilə görüşdən sonra Obama xanımı Mişel, qızları Malia və Saşa ilə birlikdə Qədim Havananı — şəhərin tarixi mərkəzini dolaşıb. Yağışlı hava şəraiti Obama ailəsinə Kuba paytaxtının tarixi mərkəzini və küçələri dolaşmağa mane olmayıb. 

Gəzintidən sonra Obama ailəsi Havana kafedral kilsəsinə gəliblər və burada Kubanın arxiyepiskopu Haym Orteqa ilə görüşüblər.

Bu gün Obamanın Kuba prezidenti Raul Kastro ilə görüşü olacaq. Amma Obamanın Fidel Kastro ilə görüşü planlaşdırılmayıb.

Obama özü ilə səfərə qaynanası Merian Robinsonu da aparıb. Nümayəndə heyətinə Nümayəndələr palatasında demokratik azlığın lideri Nensi Pelosi, senatorlar Patrik Lixi, Dik Durbin və Ceff Fleyke də daxildir.

Obama Kuba ilə münasibətləri normallaşdırmaq barədə 17 dekabr 2014-cü ildə bəyanat vermişdi. Hər iki ölkə 20 iyul 2015-ci ildə Vaşinqton və Havanada öz səfirliklərini açıblar.

Obama Kubaya 88 ildən sonra səfər edən ilk ABŞ prezidentidir.

47
Teqlər:
Haym Orteqa, Raul Kastro, Fidel Kastro, Malia Obama, Mişel Obama, Barak Obama, Barack Obama, ABŞ, Kuba, Havana
Əlaqədar
Barak Obamanın Kubaya səfərinin tarixi məlum olub
Kuba lideri Raul Kastro ilk dəfə ABŞ-a səfər edib
Roma Papası Kubanın əfsanəvi lider ilə görüşdü
Kubada “Wi-Fi” yayılmağa başlayıb
ABŞ və Kuba arasında tarixi saziş
Rusiya millisinin hücumçusu Artyom Dzyuba (ön planda) və Belçika millisinin müdafiəçisi Tobi Alderveyreld

Rusiya millisinin futbolçuları AVRO-2020-nin startında Belçikaya uduzdular

5
(Yenilənib 01:10 13.06.2021)
Romelu Lukakunun dublu və Tom Menyenin qolu sayəsində belçikalılar AVRO-2020-də ilk oyunu qazanaraq B qrupunun lideri oldular.

Rusiya millisinin futbolçuları Avropa çempionatının qrup mərhələsindəki start oyununda Belçika komandasına uduzublar.

Sankt-Peterburqda keçirilən B qrupunun oyunu belçikalıların 3:0-lıq qələbəsi ilə yekunlaşıb.

Romelu Lukaku dubl edib (10-cu və 88-ci dəqiqələr), bir qol da Tom Menye (34-cü dəqiqədə) vurub. 

Rusiya turnirdəki növbəti matçını Sankt-Peterburqda iyunun 16-da Finlandiyaya qarşı keçirəcək. Belçikalılar bir gün sonra Kopenhagendə Danimarka millisi ilə oynayacaqlar.

 

5
Danimarka yığmasının yarımmüdafiəçisi Kristian Erikssen və Finlandiya millisinin havbeki Qlen Kamara AVRO-2020 matçında

Kristian Erikssen AVRO-2020-də Finlandiya ilə Danimarka oyununun ən yaxşısı seçildi

166
(Yenilənib 00:28 13.06.2021)
Avropa çempionatının təşkilat komitəsi oyun zamanı huşunu itirən futbolçunu dəstəkləmək qərarına gəlib.

Danimarkalı yarımmüdafiəçi Kristian Erikssen futbol üzrə Avropa çempionatının Finlandiya ilə Danimarka arasında keçirilən oyununun ən yaxşı futbolçusu seçilib. Bu barədə UEFA-nın saytında bildirilir.

Rusiya millisinin B qrupundakı rəqiblərinin oyunu şənbə günü Kopenhagendə başlayıb və 1:0 hesabı ilə finlərin xeyrinə başa çatlb.

Birinci taymın lap sonunda danimarkalıların yarımmüdafiəçisi Kristian Erikssen meydançada huşunu itirib. Bir neçə dəqiqə ərzində həkimlər ona ilkin yardım göstərib, ürəyini bilvasitə masaj ediblər. Sonra 29 yaşlı futbolçunu pərdəli xərəkdə tribunaların altındakı otağa aparıblar. Komandalar da onun ardınca gediblər.

Bir qədər sonra UEFA bəyan edib ki, oyunçu klinikadadır, özünə gəlib, vəziyyəti sabitdir. Matç təxminən iki saat sonra, Bakı vaxtı ilə 22:30-da davam etdirilib.

166